kanal1

"Ruhi xəstənin avqust ayından bəri əlillik pensiyası kəsilib..." - GİLEY

Tarix:9-09-2021, 12:21
Baxış Sayı:28

"Ruhi xəstənin avqust ayından bəri əlillik pensiyası kəsilib..." - GİLEY

“Həyat yoldaşım Qabil Mövlayev II qrup əlildir. Ruhi xəstədir, insult keçirib, hissiyyatını itirib, çox ağır vəziyyətdədir. Bu vəziyyətdə olmasına baxmayaraq, avqust ayından bəri əlillik pensiyası da kəsilib. Çox pis vəziyyətdəyik, nə iynə-dərmana, nə də dolanışığa pul tapa bilirik”.

Bu şikayətlə “Qafqazinfo”ya Daşkəsənin Xoşbulaq kəndində yaşayan Nəzakət Mövlamova müraciət edib. Onun sözlərinə görə, hazırda oğlu İsa Mövlamov hərbi xidmətdə olduğundan ailənin bütün yükünü tək çəkir. Ailə 92 yaşlı qayınatası İsa Mövlayevin pensiyası ilə dolanır: “Evdə 60 yaşında xəstə həyat yoldaşım və 92 yaşında xəstə qayınatam var. Hazırda onun aldığı 291 manat pensiya ilə dolanırıq, evimizə bundan başqa pul gəlmir. Yoldaşım 5 ildir ki, II qrup əlil kimi pensiya alırdı. Avqust ayından pensiyası kəsilib. Çıxılmaz vəziyyətdə qalmışam. Oğlum İsa da əsgərlikdədir, başqa köməyim yoxdur”.
"Ruhi xəstənin avqust ayından bəri əlillik pensiyası kəsilib..." - GİLEY
"Ruhi xəstənin avqust ayından bəri əlillik pensiyası kəsilib..." - GİLEY

Şikayətçi bildirir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, problem həll olunmayıb: “Mənə deyirlər ki, təkcə onun pensiyası kəsilməyib. Deyirlər, bizim əlimizdən heç nə gəlmir, xəstəni Bakıya aparmalısan. Mənim də imkanım yoxdur, heç bu vəziyyətdə xəstəni evdən də çıxara bilmirəm”.

Problemlə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov “Qafqazinfo”ya bildirib ki, xəstə ilə bağlı tibb müəssisəsinin göndərişində xəstəlik səthi yazıldığından ona imtina verilib: “Biz vətəndaşı görmədiyimiz üçün onun hazırkı vəziyyətini tibb müəssisəsinin göndərişi əsasında qiymətləndiririk. Tibb müəssisəsinin göndərdiyi Forma 88 isə çox səthi yazılıb və xəstənin heç bir ağırlaşması qeyd olunmayıb. Ona görə də xəstəyə imtina cavabı verilib”.

T. Qurbanov əlavə edib ki, bütün bunlara baxmayaraq, vətəndaşla əlaqə saxlanılıb və ona əyani baxış keçiriləcək və əlilliyin qiymətləndirilməsi aparılacaq.

Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
 Tərtərdə məmurlar ƏL-ƏLƏ VERİB.. . BÜDCƏNİ DAĞIDIRLAR
 Tərtərdə məmurlar ƏL-ƏLƏ VERİB.. . BÜDCƏNİ DAĞIDIRLAR
FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
Bilgəh Kardioloji Sanatoriyasından Şikayət: Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir….
Bilgəh Kardioloji Sanatoriyasından Şikayət: Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir….
30 ildir səfir olan 73 yaşlı Tamerlan Qarayev….
30 ildir səfir olan 73 yaşlı Tamerlan Qarayev….
MEDİA İsrail-İran münaqişəsində saxta məlumatlara qarşı sayıq olmaqla bağlı çağırış edib
MEDİA İsrail-İran münaqişəsində saxta məlumatlara qarşı sayıq olmaqla bağlı çağırış edib
“Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
“Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?