kanal1

YAP Ağcabədi rayon təşkilatının X hesabat konfransı keçirilib

Tarix:4-09-2021, 14:00
Baxış Sayı:29

YAP Ağcabədi rayon təşkilatının X hesabat konfransı keçirilib

Sentyabrın 3-də Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov hesabat məruzəsi ilə çıxış edib. O, bildirib ki, hazırda rayon təşkilatının sıralarında 16150 nəfər partiya üzvü vardır. 92 ərazi ilk partiya təşkilatında cəmləşən partiya üzvlərindən 7551 nəfəri qadınlar, 6761 isə gənclərdir.
Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi, sosial, mədəni həyatında YAP-ın həlledici rolundan söz açan R.Əhmədov qeyd edib ki, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin düşünülmüş siyasətinin təməlində azərbaycançılıq ideologiyası dayanır. YAP Ağcabədi rayon təşkilatı hər zaman bu ideologiyanı əsas tutub və bundan sonra da Yeni Azərbaycan Partiyasının qabaqcıl bir təşkilatı kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəkdir.
Sonra YAP Ağcabədi rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Elsevər İsmayılovun hesabatı dinlənilib.
Daha sonra çıxışlara başlanılıb. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Veteranlar şurasının üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədri Radə Qafarova, II Qarabağ müharibəsi qazisi Elşad Heydərov, YAP Ağcabədi rayon təşkilatının Salmanbəyli ərazi ilk təşkilatının sədri Gülbikə Məmmədova hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu və İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının geniş fəaliyyətindən, proqramda nəzərdə tutulan vəzifələri layiqincə yerinə yetirməsindən söz açıb, bildirib ki, partiya yarandığı gündən dövlətə, xalqa xidmət missiyasını həyata keçirir, Azərbaycanın davamlı inkişafına özünəməxsus töhfələr verir.
44 günlük Vətən müharibəsində əldə olunan zəfərdən, birliyimizdən,ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi istiqamətində aparılan siyasətdən söz açaraq bu proseslərdə Yeni Azərbaycan Partiyasının rolundan bəhs edən Ə.Tağıyev YAP Ağcabədi rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Ağcabədi rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək

Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...

“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT

Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...

Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...

MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib

Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam