kanal1

Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...

Tarix:Bu gün, 18:21
Baxış Sayı:0


"Azərbaycanda qanunsuz tikililər problemi bu gün də öz aktuallığını qorumaqdadır. Bakı şəhəri də daxil olmaqla ölkənin müxtəlif şəhər və rayonlarında qanunsuz şəkildə tikinti işlərinin aparılması barədə məlumatlara mətbuatda tez-tez rast gəlinir. Qanunsuz tikililərə daha çox harada rast gəlinir sualına cavab axtaranda, çox da baş sındırmağa ehtiyac olmur. Göz önünə dərhal paytaxtın Nizami rayonu gəlir". Bu barədə "Dia.az"a göndərilən məqalədə deyilir.

Məqalənin əvvəli BURADA: My Webpage

Məqalənin davamında deyilir: "Gəlin, Firdovsi Cəbrayılovun qanunsuz tikililərə himayədarlıq etdiyini göstərən konkret faktlara nəzər salaq. Nizami İcra Hakimiyyətindəki
mənbələrin bizə təqdim etdiyi bu fotolar, hazırda rayon ərazisində inşa edilən növbəti qanunsuz obyektləri əks etdirir. Tikililərdən biri Kamil Balakişiyev küçəsindədir.

Məlumata görə, müvafiq qurumlar, bu obyektlə bağlı araşdırma aparsalar, tikintiyə dair hər hansı lazımi sənədin olmadığını görərlər. Yəni bu obyekt faktiki olaraq “naxalstroydur”. Buna “gecəqondu” da deyə bilərik. Çünki, tikinti işləri bilavasitə Firdovsi Cəbrayılovun himayəsi ilə “tezbazar” ərsəyə gətirilib və Allah bilir, nə qədər rüşvət hesabına başa gəlib.

Görüntülərə diqqət edin, bu qanunsuz tikili yaşayış binalarına çox yaxın məsafədə, bilavasitə bina sakinlərinin istirahət zonasına müdaxilə etməklə ərsəyə gətirilib. Maraqlıdır, bu boyda zıppıltını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi niyə görmür? Yaxşı onlar görmür, icra başçısı Coşqun Cəbrayılov da görmür? Firdovsi Cəbrayılovun boyu balaca ola bilər, amma qanunsuz əməllərinin miqyası çox böyükdür axı.

İnşası davam etdirilən digər qanunsuz tikili isə Nizami rayonu Elşən Süleymanov küçəsindədir. Diqqət edin, tikinti qanunsuz olsa da, hazırda obyektin karkasının qurulması hamının gözü qarşısında baş verir.Yəni əlaqədar qurumlar bunu da görmürlər? Görün Firdovsi Cəbrayılov və onun kimi məmurlar nə qədər harınlayıblar ki, möhtərəm Cənab Prezident İlham Əliyevin qanunsuz tikililərlə bağlı barışmaz mövqeyini bilə-bilə, öz cinayət əməllərini davam etdirirlər. Dövlət başçısının mövqeyi belədir. Həmin məmurlara dövlət başçısının dediklərini bir daha xatırladırıq:

«Bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir”.

Bu sözləri dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Amma təkcə bu deyil, cənab Prezident qanunsuz tikililərə rəvac verən, buna şərait yaradan məmurlara dəfələrlə xəbərdarlıq edib..."(Dia.az)

DAVAMI VAR... Bizi izləməyə davam edin...







Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?