kanal1

Gənc kadr olsa da, qocalara DƏRS KEÇƏR... - İTTİHAM

Tarix:3-09-2021, 13:28
Baxış Sayı:32

Gənc kadr olsa da, qocalara DƏRS KEÇƏR... - İTTİHAM

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “bədii janr”da tender keçirib. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev deyəsən, dövlət vəsaitlərini necə xərcləməyin unikal üsullarını icad etməkdədir.
Agentlik icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində xidmət alan vətəndaşların məmnunluğunu ifadə edən bədii janrda video çarxların hazırlanması xidmətlərinin satın alınması üçün tender açıqlayıb.
Tenderin qalibi “Medical Media” MMC olub və 11 328 manat hesabına köçürülməlidir. Sadəcə, müsabiqənin elan olunmasının səbəbi qəribədir – vətəndaşların məmnunluğunu ifadə edən bədii janrda video çarxların hazırlanması…
Tenderin qalibi olan tibbi bir kanaldır, lakin indiyə qədər hər hansı parlaq fəaliyyətinə rast gəlinməyib. Z.Əliyevin isə bədii janrda video çarxlar üçün 11 mindən çox maliyyə xərcləməsi tender maxinasiyaları ilə bağlı şübhələri artırır.
Ölkədə icbari tibbi sığortanın tətbiqinə gəlincə, yanvardan bu proses başlasa da, heç bir ciddi nəticədən söhbət gedə bilməz. Faktiki olaraq, xəstəxanalarda, poliklinikalarda tibbi sığorta formal və simvolik xarakter daşıyır. Bununla bağlı ayrıca araşdırma təqdim edəcəyik.

TİA.Az

Özünə "kraliça" ləqəbi qazandıran məktəb direktoru Gülnaz Kərimova nə etdiyini bilmir - VİDEO
Özünə "kraliça" ləqəbi qazandıran məktəb direktoru Gülnaz Kərimova nə etdiyini bilmir - VİDEO
Göygöl Peşə Məktəbində rüşvət, saxta diplom və yeyinti iddiaları
Göygöl Peşə Məktəbində rüşvət, saxta diplom və yeyinti iddiaları
Adil Əliyevin əcaib-qəraib işləri... - ƏGƏR...
Adil Əliyevin əcaib-qəraib işləri... - ƏGƏR...
Gəncə Ağır Cinayətlər Məhkəməsindən Müqayis Verdiyev azad ediləcək... - Vətəndaş İnam Kərimovdan soruşur hakim cinayətkarı necə azad edir?
Gəncə Ağır Cinayətlər Məhkəməsindən Müqayis Verdiyev azad ediləcək... - Vətəndaş İnam Kərimovdan soruşur hakim cinayətkarı necə azad edir?
“Neptun”da müştərilər belə aldadılır- Fotofakt
“Neptun”da müştərilər belə aldadılır- Fotofakt
Rusiya və Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi baş tutub
Rusiya və Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi baş tutub
Suraxanı qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar -İLGİNC FAKTLAR
Suraxanı qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar -İLGİNC FAKTLAR
25 illik deputatı Məlahət İbrahimqızının "QHT biznesi" -sensasion ittihamlar
25 illik deputatı Məlahət İbrahimqızının "QHT biznesi" -sensasion ittihamlar