kanal1

Göygöl Peşə Məktəbində rüşvət, saxta diplom və yeyinti iddiaları

Tarix:Dünən, 10:14
Baxış Sayı:0


Sosial şəbəkələrdə yayılan son iddialar cəmiyyətin ciddi narahatlığına səbəb olub. “Təhsildə Nəzarət” səhifəsinin paylaşdığı məlumata görə, Göygöl Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova və baş mühasib Səadət Abbasova təhsil müəssisəsini biznes mənbəyinə çeviriblər.

İddialara görə, məktəbdə vakant yerlər gizlədilərək qanunsuz yollarla müəllimlər işə götürülür, hətta peşə məktəbinə bərbər müəllimi kimi kənar şəxslər təyin edilir. Həmin şəxslər arasında qanunsuz hərbi rəhbər də yer alır. Bu faktlar Maliyyə Nazirliyi tərəfindən araşdırılıb və nəticədə saxta diplom satışı, külli miqdarda yeyinti faktları aşkara çıxarılıb. Məlumatlara əsasən, məsələ artıq Göygöl Rayon Prokurorluğuna göndərilib və cinayət işi açılıb.

Bundan əlavə, müəssisədə çalışan anbardar Kərim adlı şəxsin vasitəsilə tələbələrin mobil telefonları əllərindən alınaraq direktor otağına çağırıldıqları, onlardan müxtəlif adlarla pul yığılaraq “cəzanı özünüz düzəldin, cərimələri ödəyək” tipli ifadələrlə təzyiq göstərildiyi bildirilir.

Bütün bu iddialar təhsildə şəffaflıq və dürüstlük prinsipinə zidd olaraq, ciddi hüquqi qiymətləndirmə tələb edir. İctimaiyyət məsələ ilə bağlı rəsmi qurumların operativ araşdırma aparmasını və günahkarların qanun qarşısında cavab verməsini gözləyir.

Həmçinin qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Kərəmov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Kəmalə Nəhmədova Göygöl Peşə Məktəbinin direktoru təyin edilib.Bakunews.az

Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib?-VİDEO
Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib?-VİDEO
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir?
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir?
Azərbaycanda sosial müavinətlər artırılıb
Azərbaycanda sosial müavinətlər artırılıb
Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq
Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq
SDU-da şübhəli satınalma –Bir aylıq MMC ilə müqavilə bağlayır
SDU-da şübhəli satınalma –Bir aylıq MMC ilə müqavilə bağlayır
Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubova qadağa -SƏBƏB
Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubova qadağa -SƏBƏB
“Coffeemania” qaydaları pozdu
“Coffeemania” qaydaları pozdu
 Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
 Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...