kanal1

Xaçmaz 1 saylı MTCÇM-nin “qara kassası” Fəxrəddin Məmmədovun RÜŞVƏT VİDEOSU

Tarix:23-08-2021, 17:51
Baxış Sayı:103

Xaçmaz 1 saylı MTCÇM-nin “qara kassası” Fəxrəddin Məmmədovun RÜŞVƏT VİDEOSU
“Yuxarıların” bu kimi neqativ hallara göz yumması isə belə düşünməyə əsas verir ki, Penitensiar Xidmətin yüksək eşelonunda onlara şərik olan havadarları var.


KanalS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Ramin Məhəmmədoğlu sosial şəbəkələrdə paylaşım edib.

Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik:

“Bir neçə gün əvvəl Penitensiar Xidmətin Xaçmazdakı 1 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin fəaliyyətində müşahidə olunan neqativ hallardan, korrupsiya və rüşvətxorluqdan, müəssisənin rəhbərliyi tərəfindən yol verilən ayrı-ayrı ciddi qanun pozuntularından, müəssisə rəisinin Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun adından məhbuslardan “haqq” yığmasından bəhs edən səhih məlumatlara əsaslanan tənqidi məqalə təqdim etmişdik.

Öyrənmişik ki, 1 saylı MTCÇM-nin rəis müavini, eyni zamanda “qara kassir” funksiyasını yerinə yetirən Fəxrəddin Məmmədov həm də rəisi Azər Seyidovla yaxın qohumdurlar (onların bacanaq olduqları deyilir) ki, bu da “Korrupsiya haqqında” AR Qanununun 7-ci maddəsinə ziddir. Qohumların eyni sistemdə, biri digərinin tabeliyində işləməsi əlbəttə ki, çox vaxt onların korruptiv ortaqlığına gətirib çıxarır. “Yuxarıların” bu kimi neqativ hallara göz yumması isə belə düşünməyə əsas verir ki, Penitensiar Xidmətin yüksək eşelonunda onlara şərik olan havadarları var. Məlumatlarda həmçinin qeyd olunur ki, müəssisə rəhbəri Azər Seyidov ehtiyatlı adamdır, rüşvəti heç vaxt əlbəəl almır, necə deyərlər, “ilanı Seyidəhməd əli ilə tutur”. Görünən odur ki, Seyidəhməd rolunu bacanağı sayılan Fəxrəddin Məmmədova həvalə edib.
Hazırda videodanda gõründüyü kimi məntəqədən aylığa buraxılan məhkumlardan pulu Fəxrəddin Məmmədov alır.

Müşahidə olunub ki, Fəxrəddin hər ay rəis müavini olduğu CÇM-dən “aylığa” buraxılmış, lakin paytaxt və Abşeron rayonlarında qeydiyyatda olan məhkumlarla Ceyranbatan qəsəbəsindəki körpünün altında görüşərək aylıq “haqqları” alır. “Aylıq haqq” deyəndə söhbət əlbəttə ki, bəri başdan alınmış və məhz PX rəisi Ceyhun Həsənova çatdığı deyilən 3000 manatdan və tələb olunan 100-180 manatdan gedir. Onsuz da Azər-Faxrəddin cütlüyünün PX rəisinə atdıqları bu böhtana heç kəs inanmır və bilirlər ki, çox hörmətli C.Həsənov bədbəxt məhkumun (məhkum yaxınlarının) puluna göz dikməyib. Amma inandılar – ya inanmadılar, neyləsinlər? “İçəridəki” arzuolunmaz şəraitdən zinhara gələn məhkumlara pulun tapıldığı təqdirdə kimə çatması, kimin adından yığılması maraqlı deyil, onlara nisbi azadlıq gətirə bilməsi maraqlıdır.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?