kanal1

Ucuz qaz dövrü bitdi. Qazancımız nə olacaq? - TƏHLİL

Tarix:17-08-2021, 17:55
Baxış Sayı:27

Ucuz qaz dövrü bitdi. Qazancımız nə olacaq? - TƏHLİL
Təbii qazın ucuz olduğu dövr artıq başa çatıb. İndi bahalı enerji dövrü gəlib ki, bu da bütün dünya iqtisadiyyatında dalğa effekti yaradacaq. "Bloomberg"-in analitiklərinə görə, son 10 illikdə dünyada təbii qaz qıtlığı yox idi, qazın qiyməti aşağı idi, üstəlik ABŞ və Avstraliyada hasilatın artması fonunda daha da ucuzlaşırdı. Bu il isə bu proses dayanıb, hazırda tələb təklifi xeyli üstələyir. Avropada qazın qiyməti min kubmetr üçün 550 dolları keçib. Asiyaya göndərilən qazın həcmi isə ilin bu dövrü üçün görünməyən səviyyəyə yüksəlib. Beynəlxalq Enerji Agentliyinə görə, 2024-ci ildə təbii qaza olan tələbat pandemiyadan əvvəlki dövrlə müqayisədə 7% artacaq.

Bəs qazın bahalaşmasının səbəbləri nədir və Azərbaycana necə təsir göstərəcək?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, dünyada təbii qazın qiymətinin bahalaşmasının bir neçə səbəbi var. İndiki şəraitdə əsas səbəb Rusiyanın Ukrayna üzərindən Avropaya veriləcək qazın həcminin kəskin azaldılması ilə bağlı bəyanatının olması və elektrik enerjisinə tələbatın artmasıdır. Avropa İttifaqı ölkələrinin bir çoxunda modul tipli qaz stansiyaları fəaliyyət göstərir və elektrik enerjisinin hasilatı qaza daha çox bağlıdır. Kəskin istilərin olduğu bir dövrdə elektrik enerjisinə güclü tələbat var, əsasən də Cənubi Avropa ölkələrində. Yəni soyuducuların, kondisionerlərin daha çox işlədilməsi elektrik enerjisinə tələbatı artırıb. Bu da dolayı yolla qaza olan tələbatın artmasına və qiymətlərin yüksəlməsinə səbəb olub.

Tarixdə belə dalğalanmalar olub
Onun sözlərinə görə, hər il Ukrayna üzərindən Avropaya 80 milyard kubmetr qaz ixrac olunurdu. İndi isə bu, 40 milyard kubmetrədək azalıb. Gələcəkdə 30 milyard, hətta 20 milyard kubmetrədək düşməsi gözlənilir. Paralel olaraq da "Şimal Axını-2" hələlik tam gücü ilə işə düşməyib. Ona görə də qaz bazarında indiki dövrdə müvəqqəti də olsa, ciddi qiymət artımları var. Tarixdə belə hadisələr, yəni dalğalanmalar olub. Məsələn, 2007-2008-ci illərdə də qaz qiymətləri kəskin bahalaşmışdı, hətta indiki qiymətlərə yaxın qiymətlər idi, amma sonralar qiymətlər düşdü.

"Təbii qazın iki qiymət formalaşma növü var. Birincisi, bəlli formul üzrə neftin qiymətinə görə qazın qiyməti hesablanır. İkincisi, spot anlaşmalarına görə əsasən də Avropada sıxılmış qaz bazarlarında, birjalarında qiymətin formalaşması baş verir. İndiki qiymət daha çox spot bazarında formalaşan qiymətdir", - deyə o qeyd edib.
Qazın qiymətinin artmasının Azərbaycana təsirləri
Dünyada qazın qiymətinin artmasının Azərbaycana təsirlərinə gəlincə, ekspert bildirib ki, ölkəmiz getdikcə daha çox qaz ixrac edirsə, bu, Azərbaycana valyuta gəlirlərinin artmasına səbəb ola bilər. Qazın qiymətinin artması bu mənada Azərbaycana müsbət təsir edə bilər. Gələn ildən Avropaya satdığımız qazın həcmini 10 milyard kubmetrə çatdıracağıq. Bu da ölkəmizə əlavə valyuta gətirə bilər. Bizdə daxili bazarda isə qaz qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir.

Azərbaycan Avropaya 774 mln. dollarlıq qaz ixrac edib
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan Avropaya 774 mln. dollarlıq 3 milyard kubmetrdən çox qaz ixrac edib. Avropaya ixrac edilən qazın 2 561 584 640 kubmetri (658 300,34 min dollar dəyərində) İtaliyanın, 344 085 150 kubmetri (96 100,99 min dollar) Yunanıstanın, 134 907 930 kubmetri isə (19 309,95 min dollar) Bolqarıstanın payına düşüb.

Bununla yanaşı, hesabat dövründə Azərbaycan Türkiyəyə 974 456,63 min dollarlıq 6 793 223 800 kubmetr qaz, Gürcüstana 261 704,04 min dollar dəyərində 2 094 456 690 kubmetr qaz, İrana 5 043,03 min dollar dəyərində 132 864 620 kubmetr qaz ixrac edib.

Cari ilin 7 ayında 7 milyard 585 milyon 824 min dollarlıq 17 milyon 106 min 825 min ton xam neft və 2 milyard 14 milyon 915 min dollarlıq 12 milyard 61 milyon 122 min kub metr təbii qaz ixrac edilib. Ötən ilin eyni dövründə Azərbaycandan 6 milyard 398 milyon 120 min dollarlıq 19 milyon 558 min 158 ton xam neft və 1 milyard 488 milyon 420 min dollarlıq 7 milyard 713 milyon 270 min kub metr təbii qaz ixrac edilmişdi.

İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma
İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı
Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı
Yeni ildə 7 gün ardıcıl iş olmayacaq
Yeni ildə 7 gün ardıcıl iş olmayacaq
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur
Valideynlərin şikayətçi olduğu Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir?
Valideynlərin şikayətçi olduğu Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir?
Varlı ölkənin kasıb əhalisinin naziri -xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Varlı ölkənin kasıb əhalisinin naziri -xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”