kanal1

Gömrük Komitəsi iş adamlarını zara gətirib: Bu Komitə bu qədırmi önəmli, dəyərlidir ki, dövlət orqanları problemləri görməzdən gəlirlər?!

Tarix:31-07-2021, 17:12
Baxış Sayı:20

Gömrük Komitəsi iş adamlarını zara gətirib: Bu Komitə bu qədırmi önəmli, dəyərlidir ki, dövlət orqanları problemləri görməzdən gəlirlər?!

İş adamları Gömrük Komitəsinin əlindən zara gəlib, amma bu qurum düzəlmir ki, düzəlmir. Artıq ölkədə hamı dilə gəlib, hamı danışır, hamı şikayət edir, amma Gömrük Komitəsinin vecinə də deyil.
Dünən iki iş adamı xanımla görüşdüm, çox enerjilidirlər, çox ideyaları var, ölkədə istehsal qurmağı düşünürlər, bizneslərini böyütmək istəyirlər, möhtəşəm insanlardır, amma ki, Gömrük Komitəsindən ciddi şikayətləri var.
Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli yazır.
Daha sonra Natiq bəy yazır ki, fotodakı xanımlardan biri "Ambiancemed" şirkətinin rəhbəri Elnarə Əliyevadır, xaricdə təhsil alıb, yaxşı mütəxəssisdir. İyunun 2-si Avropadan ölkəyə Bioloji Qida Əlavəsi məhsulları gətirib. Şirkətin malını 35 gün TİR-lə birlikdə maşının içərisində saxlayıblar, buna görə 9000 avro əlavə olaraq ödəməli olub.
Niyə saxlayıblar?! Çünki sənədlərə görə rüsum 20000AZN-ə yaxın olduğu halda, əlavə olaraq 40000 pul istənib, sonra 30000 AZN-ə düşüblər (bazardı da elə bil), indi isə bir az daha endirim ediblər, amma xanım iş adamı prinsipial olaraq artıq ödəmək istəmir, qanun nə deyir, onu tələb edir.
İş adamı məhsulu TİR-də qanunsuz saxladıqları üçün Gömrük Komitəsini məhkəməyə verib, məhkəmə ədalətli qərar verib (buna sevindim, açığı), məhsulu məhkəmə qərarı ilə öz depolarına boşaldıblar ki, TİR-ə daha əlavə ödəniş verməsinlər. Məhsul plomb altında saxlanılır, amma hələ də Gömrük Komitəsi məhsulun sənədlərini qəbul edib qanuni ödənişlə rəsmiləşdirmək istəmir.
Belə yanaşma ilə ölkədə necə biznes mühiti olacaq?! Hansı xarici investordan söhbət gedə bilər?!
Bu Komitə bu qədırmi önəmli, dəyərlidir ki, dövlət orqanları problemləri görməzdən gəlirlər?! Nə isə...
Teref.az olaraq Gömrük Komitəsinin mövqeyini dəırc edə bilərik!
Teref.az

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir