kanal1

OPEK+ müqaviləsi Azərbaycan üçün sərfəlidirmi? - Neft su yerinə axacaq...

Tarix:21-07-2021, 17:49
Baxış Sayı:49

OPEK+ müqaviləsi Azərbaycan üçün sərfəlidirmi? - Neft su yerinə axacaq...

Təqribən üç həftə ərzində OPEK+ iştirakçısı olan ölkələr arasında cari ilin avqustundan etibarən neft hasilatının artırılmasına dair gərgin mübahisələr gedirdi. Səudiyə Ərəbistanı kvotaların tədricən artırılmasını istədiyi halda, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft hasilatın artırılmasında israr edirdilər. Bu cür qarşıdurma ümumilikdə sazişi təhlükə altına alırdı – ekspertlər kartelin dağılmasından, qiymət müharibəsinin başlanmasından və neftin qiymətinin minimuma qədər düşməsindən ehtiyat edirdilər.

Ötən bazar günü ölkələr konsesnsusa gələ bildilər – bir neçə uğursuz görüşdən sonra kartel ölkələri sazişin parametrlərini razılaşdırmağa nail ola bildilər.

Yeni müqaviləin təfərrüatları, habelə onun neft hasil edən postsovet ölkələri – Rusiya, Qazaxıstan və Azərbaycan üçün nə dərəcədə sərfəli olması barədə Sputnikin materialında oxuyun.

Nə barədə razılığa gəldilər?
Ötən bazar günü OPEK+ müqaviləsi iştirakçısı olan ölkələr avqustun birindən etibarən hər ay sutkalıq neft hasilatını 400 min barel artırmaq barədə razılığa gəldilər. İlin sonuna qədər sutkalıq neft hasilatı 2 milyon barel artacaq.

Bunda əlavə, ölkələr bir sıra ölkələr üçün sazişin uzadılmış müddəti ərzində neft hasilatının azaldılmasının baza həddinin yüksəldilməsini də razılaşdırıblar. Belə ki, 2022-ci ilin may ayından etibarən Rusiya və Səudiyyə Ərəbistanı sutklıq neft hasilatını 500 min barel, BƏƏ təqribən 330 min barel, İraq və Küveyt isə 150 min barel artıra biləcəklər.

Əgər hasilat həcmi həmin səviyyədə qalsa, 2022-ci ilin payızında hazırda hasilata qoyulan sutkalıq 5,8 milyon barel məhdudiyyəti tamamilə aradan qalxacaq.

Müqavilənin özünün müddətinin gələn ilin sonuna qədər uzadılması barədə razılığa gəlinib. Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Abdel Əziz Salman Əl Səud bildirib ki, ümumiyyətlə, əgər bazarda vəziyyət bunu tələb edərsə, OPEK+ ölkələri 2022-ci ildən sonra da birgə fəaliyyət göstərə bilərlər.

Rusiya baş nazirinin müavini Aleksandr Novak "Rossiya 24" telekanalına müsahibəsində bildirib ki, OPEK+ nümayəndələrinin növbəti görüşü sentyabrın 1-də keçiriləcək. Görüşdə bazarda vəziyyət müzakirə olunacaq və ehtimal ki, "bəzi nizamlayıcı tədbirlər" görüləcək. Bundan əlavə, payıza qədər, yəqin ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların da ləğv olunub-olunmayacağı aydın olacaq – sanksiyalar ləğv olunacağı və İran neftinin bazara qaytarılacağı təqdirdə, ola bilər ki, OPEK+ karteli tərəfindən neft hasilatının artım tempi bir qədər ləngidiləcək.

Bəs sonra nə olacaq?
Yanacaq energetika kompleksi texnologiyalarının inkişafı İnstitutunun eksperti Dmitri Koptev hesab edir ki, əldə olunmuş kompromis OPEK+ daxilində neft istehsalçılarının maraqlarının razılaşdrılması və bazada sabitliyin qorunub saxlanması üçün etibarlı mexanizm qurulmasına nail olunduğundan xəbər verir.

"Tərəflər hasilatın razılaşdırılmış şəkildə artırılması barədə kifayət qədər yumşaq qərar qəbul ediblər və bu, təklif defisitini qoruyub saxlamağa imkan verir. Eyni zamanda 2022-ci ilin mayından etibarən 5 ölkə üçün hasilatın baza həcmi artırılır. Hasilatın artırılması barədə xəbərdən sonra ehtimal olunduğu kimi, neftin qiymətləri düşüb. Belə ki, WTI-nin qiymətləri cari ilin iyunundan bəri ilk dəfdir ki bir barel üçün 70 dollardan aşağı düşüb. Lakin biz bu qymət düşməsinin uzun müddət davam edəcəyini düşünmürük. Bazarda təklif defisiti davam edir və əgər inkişaf etmiş ölkələrdə lokdaunlar tətbiq olunmasa, tələbat qiymətlərin tezliklə əvvəlki səviyyəyə qalxmasına səbəb olacaq. Əgər bu baş verməsə, hasilatın artırılması dondurula bilər. Məsələn, Goldman Sachs investisiya bankı yayın sonuna qədər Brent markalı neftin qiymətinin bir barel üçün 80 dollar olacağı qənaətindədir", - deyə ekspert bildirib.

"Sputnik – Upravleniye kapitalom" idarəetmə şirkətinin baş direktoru Aleksandr Losev əmindir ki, kvotaların artırılması birjada neft kotirovkalarının dinamikasına o qədər də təsir etməyəcək.

"Bazarda xam neft defisiti artıq sutkada 1,5 milyon barel təşkil edir və inkişaf etmiş ölkələrin, ilk növbədə Çin və Hindistanın iqtisadiyyatı irəli getdikcə, defisit də artacaq. Qiymətlərin aşağı olduğu dövrdə kəşfiyyat, hasilat və neftlə bağlı xidmətlərə kifayət qədər sərmayə yarırılmaması, habelə Qərb maliyyəçilərinin neft-qaz şirkətlərinin kapitala çıxışdan məhrum edən "yaşıl isteriyası" bu problemi bir qədər çətinləşdirir. İnkişaf etmiş ölkələrin mərkəzi banklarının nəhəng pul emissiyaları ilə eyni vaxtda dünyada xammal super-dövrü də başlanıb ki, o da 2030-cu ilə qədər davam edə bilər. Odur ki, neftin qiymətlərinin tezliklə bir barel üçün 80-90 dollar diapazonuna keçəcəyi və bütün gələn il ərzində də bu səviyyədə qalacağı ehtimalı böyükdür", - deyə Losev bildirib.

Aleksandr Novak hesab edir ki, gələn ilin may ayında Rusiyada neft hasilatı böhrandan əvvəlki səviyəyə çatmalıdır. Beləliklə, orta qiymət 60 dollar olacağı təqdirdə, Rusiyanın dövlət büdcəsinə əlavə olaraq 400 milyard rubl vəsait daxil olacaq.

"Rayffayzenbank" öz növbəsində bankın analitiklərinin cari ildə neftin orta qiymətlərinə dair gözləntiləri ilə bağlı icmalı dərc edib. Belə ki, analitiklər Brent markalı neftin orta qiymətinin 68,7 dollar olacağını düşünürlər. 2022-ci il üçün isə proqnoz bir barel üçün 68 dollar təşkil edir.

Sputnik-in rəyini öyrəndiyi ekspertlərin qənaətinə görə, əldə olunmuş razlıqlar digər neft hasil edən possovet ölkələrinin – Azərbaycan və Qazaxıstanın da valyutaları üçün də sərfəli olacaq.

"Hazırkı vəziyyət ümumilikdə neftə olan tələbatın və enerji daşıyıcıları qiymətlərinin artımına şərait yaratdığı üçün bahalaşmış xammal satışından əlavə gəlir əldə edən ixracatçı ölkələr sərfəli vəziyyətdədirlər. Enerji daşıyıcalırını idxal etməyə məcbur olan istehlakçılar isə əksinə, əlavə məsrəflərlə qarşılaşırlar. Müvafiq olaraq, petrovalyutaların (təbii ehtiyatları satan ölkələrin valyutaları, - Sputnik) güclənəcəyini, qalanlarının isə zəifləyəcəyini gözləmək olar", - deyə Koptev bildirib.

Milli enerji təhlükəsizliyi Fondunun eksperti, Rusiya hökuməti yanında Maliyyə universitetinin elmi işçisi Stanislav Mitraxoviç hesab edir ki, kartelin bütün iştirakçılarının neft hasilatının tədricən artırılması barədə gəldikləri razılıq Rusiya, Qazaxıstan və Azərbaycan üçün ən optimal qərardır. Lakin, istənilən ssenariyə hazır olmaq lazımdır.

"Əgər qiymət müharibəsi başlasa, o zaman bütün istehsalı yenidən qaytarmağa hazır olmaq lazımdır, yeri gəlmişkən, bu xeyli vaxt apara bilər. Məhz buna görə də, bizim üçün hasilatın tədricən bərpası sərfəlidir", - deyə ekspert qeyd edir.

Onun sözlərinə görə, OPEK+ ölkələri razılığa gələ bilməsəydilər, neftin qiyməti aşağı düşəcəkdi ki, bu da birmənalı olaraq Rusiya rublunun, Azərbaycan manatının və Qazaxıstan tengesinin devalvasiyasına səbəb olacaqdı.

"Hələliksə, hazırkı qiymətlər Rusiya, Qazaxıstan və Azərbaycan üçün sərfəlidir – idiki qiymətlər bizim milli valyutalarımızın möhkəmlənməsinə şərait yaradır", - deyə Stanislav Mitraxoviç bildirib.

Aleksandr Losev neftin qiymətlərinin hazırda yüksək olmasının bütün keçmiş SSRİ dövlətləri üçün sərfəli olması fikri ilə razılaşır.

"Lakin, buna baxmayaraq, Rusiya istisna olmaqla, bu ölkələrdən heç biri öz təhlükəsizliyini təmin etməyə qadir deyil. Mərkəzi Asiyada yeni bir "Böyük oyun" başlayır. Bu oyunda da ABŞ, Britaniya, Türkiyə, Çin, Rusiya, Fars körfəzindəki monarxiyalar, Hindistan, Pakistan və terroçuluğa meylli olan qeyri-dövlət qruplaşmaları iştirak edəcəklər", - deyə Losev bildirib.

"Əgər keçmiş SSRİ ölkələri Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində real inteqrasiyaya başlamasalar, o zaman artmaqda olan geoiqtisadi və hərbi risklər şəraitində onların heç də hamısı varlıqlarını qoruya və xəritələrdə qala bilməyəcəklər", - deyə ekspert fikrini tamamlayıb. //sputnik.az//

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR