kanal1

Binəqədi məhkəməsinin sədri haqda ilginc iddialar... - Belə deyirlər...

Tarix:14-07-2021, 11:35
Baxış Sayı:127

Binəqədi məhkəməsinin sədri haqda ilginc iddialar... - Belə deyirlər...

Məhkəmə-hüquq sistemindəki neqativ hallar bu gün hamını düşündürür.
Hətta Milli Məclisin iclaslarının birində millət vəkillərindən biri parlamentin tribunasından bildirdi ki, məhkəmə-hüquq sistemindəki vəziyyət fəlakət həddindədir. Bəli, bu gün məhkəmələrdə neqativ hallar baş alıb gedir.
Belə məhkəmələrdən biri də Binəqədi rayon məhkəməsidir.
Məhkəmənin sədri Araz Kazımovun tərcümeyi-halından bəlli olur ki, 1958-ci ildə doğulub, 1984-cü ildə, yəni 26 yaşında ADU-nun hüquq fakültəsini bitirib.
Təəcüblü odur ki, Araz Kazımov 1975-ci ildən, yəni ali təhsili olmadığı, hətta tələbə olmadığı halda Daxili İşlər Nazirliyinin 10 saylı İslah-Əmək Müəssisəsində Xüsusi şöbənin inspektoru, baş inspektor işləyib.
Görəsən yenicə orta məktəbi bitirən yeniyetmə məsuliyyətli bir sahədə necə inspektor işləyib ?
Sonradan Bakı Şəhəri Əzizbəyov (indi Xəzər) Rayon Məhkəməsinin hakimi, həmən rayonda məhkəmənin sədri olub. 2007 – 2012-ci illərdə Suraxanı Rayon Məhkəməsinin sədri, 2012 – 2017-ci illərdə Qaradağ Rayon Məhkəməsinin sədri olub. Hazırda Binəqədi Rayon Məhkəməsinin sədridir.
Ancaq yenə məlum olmur ki, bu adam heç bir təhsili olmadığı halda necə inspektor işləyib.
Araz Kazımov Suraxanı məhkəməsinin sədri olduğu üçün, həyat yoldaşı İradə Kazımovanı da Suraxanı ZAQS-a müdir təyin etdirib.
Yuxarıda qeyd etdik ki, Araz Kazımov Xəzər rayonunda da məhkəmənin sədri olub. Və yenə öz imkanlarını işə salaraq oğlu Ayxan Kazımovu Xəzər rayon prokurorluğunda müstəntiq təyin etdirib.
Bir sözlə, ata məhkəmə sədri, ana ZAQS-ın müdiri, oğul müstəntiq.
Araz Kazımovun rəhbərlik etdiyi Binəqədi rayon məhkəməsində də qanunsuzluqlar, hakimlərin ədalətsizliyi adi hal alıb.
Belə hakimlərdən biri də Binəqədi rayon məhkəməsinin hakimi Səadət Səlimovadır.
1970-ci ildə Neftçalada anadan olan Səlimova 1993-cü ildə BDU-nun hüquq fakültəsinə daxil olub. Amma…
Amması odur ki, orta məktəbi bitirən, hətta tələbə olmayan Səadət Səlimova da 18 yaşında Çəllək zavodunda hüquqşünas işləyib.
Yenə sual olur ki, ay adam, sənin heç bir təhsilin olmadığı halda zavodda necə hüquqşünas işləmisən ?
Anası tib bacısı, atası mantyor, yəni işıq pulu yığan Səadət Səlimova sonrakı illərdə Xətai rayon məhkəməsinin sədri olub. Və hazırda Binəqədi rayon məhkəməsinin hakimidir.
Sədrin və hakimin qısa tərcümeyi-halı məhkəmə sistemindəki vəziyyət açıq-aydın göstərir. Qalanı təfərrüatdır. //gundelik-baku.com//

İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib
İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib
Etikadan məhrum olunan müəllimənin sosial mediada şantaj ssenarisi
Etikadan məhrum olunan müəllimənin sosial mediada şantaj ssenarisi