kanal1

Naxçıvanın işdən qovulan nazirinin həbsi gözlənilir - İDDİA

Tarix:13-07-2021, 18:13
Baxış Sayı:26

Naxçıvanın işdən qovulan nazirinin həbsi gözlənilir - İDDİA

Ötən gün xəbər vermişdik ki, Naxçıvanın Gənclər və İdman naziri Azad Cabbarov dünən işə gələrək kollektivlə vidalaşıb. Əldə etdiyimiz məlumata görə, naziri Naxçıvan Ali Məclisinin Sədrinin nitq söylədiyi iclasda yatdığı üçün cəzalandırıblar.

Ovqat.com-un bu gün əldə etdiyi məlumatlar isə A.Cabarovun işinin biz gözlədiyimizdən daha fırıq olduğunu düşünməyə əsas verir.

Belə ki, Naxçıvan MR Ali Məclisi Sədri Vasif Talıbovun bu gün imzaladığı Fərmanla Azad Cabbarov rəsmən işdən qovulub. Fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azad Vaqif oğlu Cabbarov Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilsin”.

Göründüyü kimi, bizim dünənki məlumatımız rəsmən öz təsdiqini tapsa da, fərmanda nazirin niyə işdən çıxarıldığı barədə heç bir məlumat verilmir. Bizim aldığımız yeni məlumata görə isə, Azad Cabarovun nazir olduğu 10 il ərzindəki fəaliyyəti dərindən yoxlanılıb və ciddi yeyinti faktları aşkarlanıb. İddialara inansaq, Cabbarovun əməlində korrupsiya faktı o qədər böyükdür ki, artıq barəsində cinayət işi belə, açıla bilər.

Qeyd edək ki, Naxçıvan ictimaiyyəti nazir adı daşıyan Azad Cabbarovu facebook səhifəsində onun-bunun qarasına əxlaqsız sözlər yazmaqla tanımışdı. Hətta statuslarının birində millət vəkili Qüdrət Həsənquliyevi də təhqir etmişdi. Bir neçə il bundan əvvəl baş verən bu nalayiq hərəkətə görə, Qüdrət Həsənquliyev dəfələrlə nazirin cəzalandırılmasını tələb edirdisə də, Vasif Talıbov özünü eşitməzliyə vururdu. İndisə Cənab sədr qarşısında adi bir mürgü əxlaqsızlıqdan daha böyük günah kimi qəbul edilib və nazir dərhal işdən uzaqlaşdırılb. Bu da azmış kimi, onun fəaliyyəti dövründə əməlli-başlı korrupsiya ilə məşğul olduğu aşkarlanıb.

Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO