kanal1

Baş həkim xəstəxananın həyətində kafe-qumarxana açıb - GİLEY

Tarix:30-06-2021, 19:22
Baxış Sayı:72

Baş həkim xəstəxananın həyətində kafe-qumarxana açıb - GİLEY

Göyçay rayonunun bir qrup sakini tərəfinən Aktualinfo.org-un elektron poçtuna ictimailəşdirilməsi məqsədi ilə müraciət daxil olub. Rayon sakinləri Əliyev Mətləb Famil oğlu, Qədirov Zamiq Nazim oğlu, Salmanova Səmayə Yusif qızı və Nuriyeva Nisə Məhəmməd qızı sözügedən müraciətdə yazırlar:
Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovun korrupsiya əməllərinə görə xəstələr, sakinlər çox əziyyət çəkirlər. Xəstəxanada korrupsiya və rüşvətin baş alıb getməsi bir yana, xəstələrin dincliyi də pozulub.
Belə ki, baş həkim Elçin Bilalov xəstəxananın həyətində kafe-qumarxana açıb ki, orada hər gün spirtli içkilər satılır, domino, nərd və kart qumarları oynayırlar.Gecə saat 2 və 3 kimi işləyən həmin kafedə sərxoş və qumar oynayan insanların səs-küyündən xəstələr palatalarda yata bilmirlər ki, buda onların müalicəsinə çox pis təsir göstərir. Sərxoş olan, qumarda sözü tərs gələnlər həttda ucadan nalayiq söyüşlər söyürlər ki, bu tərbiyəsizliyin məsuliyyəti birbaşa baş həkim Elçin Bilalovun üzərinə düşür. Baş həkim Elçin Bilalova məxsus kafe-qumarxananın stolları xəstəxananın həyətinin hər yerinə qoyulub.Bu mənzərəni görən dəhşətə gəlir ki, dövlət xəstəxanasının həyətində kafe-qumarxana açılıb.Xəstələri, müayinə və müalicəyə gələn insanları saya salmayan baş həkimin psixoloji probleminin olmasını deyirlər.Həttda onun daima psixotrop dərmanlar qəbul etdiyi söylənilir.Bu isə inandırıcıdır çünki ağıllı insan belə bir səhvə yol verib xəstəxananın həyətində kefe-qumarxana açmaz.
Dövlət xəstəxanasını özəl şirkəti kimi idarə edən Elçin Bilalov az qala xəstəxananın həyətində bazar açsın.Belə getsə onun barəsində tədbir görməsələr bunuda edəcək.
Baş həkim Elçin Bilalovun qanunsuz əməlləri barədə biz Səhiyyə Nazirliyinə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinə və digər orqanlara şikayət ərizələri yazıb onun fəaliyyətinin yoxlanılmasını xahiş etmişik. Ümid edirik ki, şikayətimiz və bu müraciıtimiz yerində araşdırlıb təcili tədbirlər görüləcək.
Elçin Bilalov tutduğu vəzifədən azad etməlidirlər ki, rədd olub gedib başqa yerdə kafe-kumarxanasını işlətsin.Dövləti vətəndaşları ələ salmasın.
Biz mətbuat vasitəsi ilə Səhiyyə nazirinin birinci müavini Teymur Musayevə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri cənab Ramil Bayramlıya müraciət ünvanlayıb xahiş edirik dövlət xəstəxanasının həyətində kafe-qumarxana açan baş həkim Elçin Bilalovun fəaliyyətini yoxlayıb onun barəsində təsirli tədbirlər görəsiniz.

“Rəydə 4 risk qeyd edilib”
“Rəydə 4 risk qeyd edilib”
GDU-da rüşvət necə alınıb-Faktlar açıqlandı
GDU-da rüşvət necə alınıb-Faktlar açıqlandı
Turizm Agentliyi də hind turistlərdən imtina etdi... - ÇÜNKİ...
Turizm Agentliyi də hind turistlərdən imtina etdi... - ÇÜNKİ...
Sumqayıtda uşaq bağçasının müdirəsidə OLİQARX imiş
Sumqayıtda uşaq bağçasının müdirəsidə OLİQARX imiş
Security Operation Services MMC-də qaranlıq iddialar: SOCAR-ın tenderləri kimlərin cibinə gedir?
Security Operation Services MMC-də qaranlıq iddialar: SOCAR-ın tenderləri kimlərin cibinə gedir?
 Dövlət çətiri altında OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...
 Dövlət çətiri altında OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...
 Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı
 Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı
Qurban bayramında 4 gün tətil olacaq
Qurban bayramında 4 gün tətil olacaq