kanal1

 Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı

Tarix:3-06-2025, 09:24
Baxış Sayı:0


Balakən rayonunun Qazma kənd sakini Bayramov Famil Aslan oğlu tərəfindən ona qarşı törədilən dələduzluq əməllərinə görə 6000 manat pulunun qaytarılmadığı üçün Balakən İcra şöbəsinin məmuru Bəhruzun özbaşına əməllərinin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevə, Ədliyyə naziri Fərid Əhmədova və diğər aidiyyəti qurumların rəhbərlərinə 30 aprel 2025-ci il tarixli müraciəti ünvanlanmışdı.

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olmuş məktubu biz 01 may 2025-ci il tarixində “Vətəndaş icra məmurunun əməllərindən Ədliyyə naziri Fərid Əhmədova müraciət etdi” başlığı ilə olduğu kimi ictimailəşdirdik və tədbirlər görülməsi üçün aidiyyatı üzrə göndərdik. Qısa müdət ərzində şikayətçi Famil Aslanov Balakən rayon Prokurorluğuna dəvət olunaraq izahatı alınmışdır. Şikayətçi Familin əməkdaşımıza verdiyi məlumatlardan aydın olmuşdur ki, aparılan araşdırmalardan dərhal sonra Balakən rayon İcra Şöbəsinin icra məmuru Bəhruz müəllimin özü onunla telefon əlaqəsi saxlayaraq çox ciddi narahat olduğunu bildirmiş, barəsində yazılan şikayətin də detallı və hərtərəfli yazıldığını etiraf etmiş və vaxtilə guya işin sürətlənməsi adı ilə ondan aldığı 200 manatı da nağd formada geri qaytarmışdır. Eləcə də Bəhruzun yaxın adamları da Familin qapısına minnətçi düşərək ondan şikayətçi olmamağı xahiş etmişlər ki, görək Bəhruz bu problemdən necə “xilas” ola bilir. Famil də onlarla razılaşmışdır ki, gedin işinizi özünüz həll edin. Mən əsas Rahilə müəlliməyə oğlunun vaxtilə həbs olunmaması üçün şəxsi fındıq bağını satacağı vədi verərək alıb mənimsədiyi 6000 manatı almağa çalışıram.

Bir daha xatırladaq ki, Famil həmkəndlisi olan Məmmədova Rahilə Məhəmməd qızına 2024-cü ilin əvvəlində ona şəxsi fındıq bağının satılması şərtilə əvvəlcədən Balakən Notariat kontorunda borc müqaviləsi imzalayaraq 7000 ( yeddi min manat) vermişdir. Daha sonra da 1000 manatı onun oğlu olan Sərkərov Pərviz Məmməd oğluna da notarius vasitəsilə vermişdir. Lakin necə oldusa bu ana və oğul sonradan fikirlərindən vaz keçdilər. Və Familə 2000 manat qaytardıqdan sonra qalan 6000 manat pulumu 1 ildən çoxdur ki, qaytarmaqdan vaz keçmişlər. Notariat kontoru rəisinə şikayətdən sonra işicra üçün edilməsi üçün Balakən İcra Şöbəsinə göndərilmişdir. Rahilənin hazırda əmək pensiyası 950 manat olduğu halda Balakən İcra Şöbəsinin icra məmuru olan Bəhruz bildirdi ki, fevral ayından sizə onun kartından 450 manat tutularaq ödənişlər olacaq. Lakin o ödəniş etmək əvəzinə Notariat Kontorunun qəbul etdiyi borcun ödənilməsi barədə qərardan yerli məhkəməyə şikayət vermişdir. Şikayətə 29 mayda baxılması nəzərdə tutulmuşdur. Elə burada “oğru-doğru”zərb məsləsi yada düşür.

Bəli, Familin yuxarı orqanlara etdiyi şikayətdən hiddətlənən Rahilənin Ekologiya Nazirliyində Meşələrin İnkişafı Depertamentində işləyən oğlu Sərkərov Rəşad Məmməd oğlu isə daha qabağa gedərək Famili ona “pəltək” deməklə təhqir etdiyinə görə məhkəməyə verəcəyilə hədələmişdir ki, sonda o anasından 6000 manat pulu istəməkdən vaz keçməyə məcbur olsun.

Bütün bu hadisələrin fonunda hər ay təqaüdündən 450 manat pul tutularaq Famil Aslanova ödənilməsi qərarına rəğmən o yerli prokuroluqda yazdığı öhdəlikdə qeyd etmişdir ki, oktyabrın 1-də 5500 manat pulu fındıq satıb ödəyəcəkdir. İndi isə 500 manat nağd pul verərək F.Aslanovu razı sala bilmişdir. Ürəyiyumşaq olan Famil Bayramov da uzaqgörən və istənilən çətin vəziyyətdən çıxmaqda mahir usta olan Rahilənin bu “tələsi”nə asanlıqla düşmüşdür. Regiondan verilən məlumata görə isə baş verən soyuqlar bu il fındıq məhsulunun çox zəif olacağını deməyə əsas verir. Atalar demişkən- “Yağmadı yağış, bitmədi qamış”. Onda necə olacaq?

Aktualinfo.org

Ərdoğan Pezeşkianla telefonla danışdı
Ərdoğan Pezeşkianla telefonla danışdı
Qanunsuz dini yığıncaq keçirən 3 əcnəbi Azərbaycandan çıxarıldı
Qanunsuz dini yığıncaq keçirən 3 əcnəbi Azərbaycandan çıxarıldı
BU NƏDİ BELƏ: PKK simpatizanı Kəlbəcərin quruculuğunda... - ŞOK FAKTLAR...
BU NƏDİ BELƏ: PKK simpatizanı Kəlbəcərin quruculuğunda... - ŞOK FAKTLAR...
1 manata şansını sına…..-“Azərlotereya” insanları necə aldadır?
1 manata şansını sına…..-“Azərlotereya” insanları necə aldadır?
“Məlhəm” Hospitalının həkimi Günel Qənbərova gigiyenik qaydaları niyə riayət etmir?-Video
“Məlhəm” Hospitalının həkimi Günel Qənbərova gigiyenik qaydaları niyə riayət etmir?-Video
Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”? -DETALLAR
Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”? -DETALLAR
Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri -ŞİKAYƏT
Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri -ŞİKAYƏT
Nazirlə DİM sədrinin baltaladığı Azərbaycan təhsili - nə qolu qalıb, nə budağı...
Nazirlə DİM sədrinin baltaladığı Azərbaycan təhsili - nə qolu qalıb, nə budağı...