kanal1

Bəs sahibkar vergidən yayınırsa, fəhlələrin pulunu vermirsə, necə?! - İLGİNC İDDİALAR...

Tarix:30-06-2021, 10:58
Baxış Sayı:4

Bəs sahibkar vergidən yayınırsa, fəhlələrin pulunu vermirsə, necə?! - İLGİNC İDDİALAR...

Bildiyiniz kimi, bir neçə gün bundan öncə Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovun qardaşı oğlu, “AzNar”ın Baş direktoru Teymur Əhmədovun qanunsuz əməlləri barədə vətəndaş şikayətləri əsasında material dərc etmişdik. Milyarder F.Əhmədova məxsus olan “AzNar”da baş verən qanunsuzluqlardan, işçilərin maaşlarının verilməməsindən, vergidən yayınma hallarından və T.Əhmədovun qanunazidd əməllərindən ətraflı bəhs etmişdik.

Məsələ ilə bağlı F.Əhmədovla bağlı əlaqə yaratmaq cəhdlərimiz boşa çıxsa da, onun qardaşı oğlu T.Əhmədovun yaxın ətrafı ilə ünsiyyət qura bildik. T.Əhmədovun “sərhdəsiz” həyat tərzini nəzərə alaraq, onunla əlaqə yaradıb məsələyə münasibət öyrənməyi məqsədəuyğun hesab etmədik.

Ancaq T.Əhmədovun yaxın ətrafından Azsiyasət.com-a ilginc məlumatlar daxil oldu.

Bildirilir ki, F.Əhmədov biznesinin böyük bir hissəsini qardaşı oğlu 30 yaşlı Teymura həvalə edib. O, Teymura dərin inam bəsləyir, ona görə də vətəndaşların incidilməsini də görməzdən gəlir, Teymurun xətrinə dəymək istəmir.

Hətta F.Əhmədov qardaşı oğlunun Azərbaycandakı qanunsuz əməllərini Milli Məclisin deputatı Sabir Hacıyevin vasitəsilə ört-basdır etdiyi bildirilir.

Belə ki, F.Əhmədovun xahişi ilə S.Hacıyev Teymuru özünün “siyasi himayəsi” altına alıb, o, Teymurla müxtəlif qurumlar arasında əsas “vasitəçi” isimdir.

S.Hacıyevin oğlu Kamal Hacıyevlə Teymur Əhmədov dostdur. K.Hacıyev də məhz F.Əhmədovun əlaqələri vasitəsilə Rusiyada, Amerikada, Maltada geniş biznes şəbəkəsi qurub. Bundan başqa, K.Hacıyevin qaynatası olan iş adamı Bəylər Məmmədovun F.Əhmədovla yaxın münasibətləri var. S.Hacıyevin biznes şəbəkəsinə daxil olan şirkətlər barədə mətbuatda kifayət qədər məlumat olduğuna görə, bu məsələyə toxunmaq istəmirik.

Vətəndaşların “AzNar”l bağlı şikayətlərinə Göyaçay Rayon İcra hakimiyyətindən də reaksiya verilmir, insanlar get-gələ salınır. Heç şübhəsiz, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin F.Əhmədovla olan isti münasibətləri vətəndaşların haqlı mövqeyini arxa plana atmış olur.

Teymurdan icra hakimiyyətinə olunan şikayətlərə isə “sahibkarları incitmək olmaz” şəklində cavab verilir. Bəs sahibkar vergidən yayınırsa, fəhlələrin pulunu vermirsə, necə!? Dövlətin sahibkara dəstəyi onu qanunsuzluğa sövq etməməlidir.

T.Əhmədovu himayə etməsi ilə bağlı səslənən ittihamlara cavab vermək üçün deputat S.Hacıyevə, onun köməkçisinə edilən zənglərimizə cavab verən olmadı.

Məsələni bundan sonra da araşdırıb diqqətdə saxlayacağıq.

“Rəydə 4 risk qeyd edilib”
“Rəydə 4 risk qeyd edilib”
GDU-da rüşvət necə alınıb-Faktlar açıqlandı
GDU-da rüşvət necə alınıb-Faktlar açıqlandı
Turizm Agentliyi də hind turistlərdən imtina etdi... - ÇÜNKİ...
Turizm Agentliyi də hind turistlərdən imtina etdi... - ÇÜNKİ...
Sumqayıtda uşaq bağçasının müdirəsidə OLİQARX imiş
Sumqayıtda uşaq bağçasının müdirəsidə OLİQARX imiş
Security Operation Services MMC-də qaranlıq iddialar: SOCAR-ın tenderləri kimlərin cibinə gedir?
Security Operation Services MMC-də qaranlıq iddialar: SOCAR-ın tenderləri kimlərin cibinə gedir?
 Dövlət çətiri altında OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...
 Dövlət çətiri altında OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...
 Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı
 Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı
Qurban bayramında 4 gün tətil olacaq
Qurban bayramında 4 gün tətil olacaq