“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Prezident İlham Əliyevin 6 noyabr 2017-ci il tarixli Fərmanından sonra“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsis edilmiş onlarla sənaye müəssisələrindən biri də “BOT” Ayaqqabı Fabrikinin bazasında yaradılmış “ASK Ayaqqabı Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Kifayət qədər maddi-texniki bazası olan “ASK Ayaqqabı Fabriki” MMC-nin Azərbaycanda əhalinin ayaqqabıya olan tələbatını ödəyə bilmədiyini uzaqdan deyil,daxili bazardan görmək mümkündür. Bu gün Azərbaycan bazarlarını Çin və Türkiyə istehsalı olan ayaqqabiların doldurması da heç kimə sirr deyil. Qeyd edək ki,açıq internet resursları üzərindən apardığımız araşdırmalar zamanı “ASK Ayaqqabı Fabriki” MMC-nin istehsal etdiyi ayaqqıbalar barədə o qədər də dolğun məlumatlar əldə edə bilmədik. Xüsusilə vurğulamaq istərdik ki,10 milyon manata yaxın nizamnamə kapitalı olan MMC-nin sadə bir veb-səhifəsi belə yoxdur.”Azərbaycan Sənaye Korparasiyası”Açıq Səhmdar Cəmiyyətin rəsmi portalında isə fabrikin fəaliyyəti barədə çox qısa məlumat yerləşdirilib.Orada yerləşdirilən məlumatlara görə fabrik Azərbaycanda güc strukturları əməkdaşlarının,hərbi qulluqçuların qış-yay ayaqqabıları ilə təmin edir. Araşdırmalar zamanı onu da əldə edə bildik ki, MMC hər il bu məqsədlərlə milyonlarla manat xərcləyir. Lakin araşdırmalarımız zamanı 2019-2020-ci illərdə nə AR DİN-in Təchizat İdarəsi, nə AR DİN-nin Daxili Qoşunları,nə AR Dövlət Sərhəd Xidməti nə də AR Xüsusi Dövlət Mühafizə Xidmətinin “ASK Ayaqqabı Fabriki” MMC-nin istehsal etdiyi ayaqqabılara dövlət sifarışi verməmiş, satınalma yolu ilə başqa şirkətlərin xidmətlərindən istifadə etmişlər.
Aktualinfo.org xatırladır ki,13.08.2020-ci il tarixdən 29.03.2021-ci il tarixə qədər,yəni bir il ərzində üzlük xrom və astarlıq dəri satınalmaları üzrə “ASK Ayaqqabı Fabriki” MMC ilə “Seyfulla & Kövsər” MMC arasında ümumi olaraq 5 544 366 manat dəyərində müqavilə bağlanmışdır. Bu o deməkdir ki, fabrik sifarişlər verir,xammal alır. Bəs onda “ASK Ayaqqabı Fabriki” MMC-nin istehsal etdiyi mallar ortalıqda niyə görünmür? Ümumiyyətlə bu MMC ayaqqabı istehsal edirmi? Edirsə harada satılır? Maraqlıdır MMC istehsal etdiyi ayaqqabıların niyə məhz güc strukturları tərəfindən alınması barədə don geyindirilir? Amma dövrü mətbuatın yazdığına görə bir neçə il əvvəl hərbi və xüsusi təyinatlı ayaqqabıların dövlət sifarişi ilə alınmasına dair keçirilən tenderlərin əksəriyyətinin qalibi məhz “ASK Ayaqqabı Fabriki” MMC-nin sələfi “BOT” MMC olub.İndi yox,bir neçə il əvvəl.
“ASK Ayaqqabı Fabriki” MMC-də işlərin heç də ürəkaçan olmadığını, son tender yolu ilə ayırdığı pulların havaya uçurulduğunu bir neçə kotirovka sorğusunun nəticələrindən də görmək mümkündür. MMC-nin tender yolu ilə ayrımış olduğu vəsaitlərin bir qismini diqqətinizə çatdırırıq.
Elektrik mallarının kotirovka sorğusu üsulu ilə satın alınmasını üzrə 16 942.79 manat məbləğində satınalma müqaviləsi 16.06.2021-ci il tarixdə “HERMES ZF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.
Ehtiyat hissələrinin kotirovka sorğusu üsulu ilə satın alınmasını üzrə 47 082.42 manat məbləğində satınalma müqaviləsi 16.06.2021-ci il tarixdə “HERMES ZF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HERMES ZF” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.08.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, AYNA SULTANOVA,ev 60,m.M2, M1, qanuni təmsilçisi kimi isə Hüseynov Murad Rafiq oğlu qeyd olunub. Müqavilənin bağlandığı günə MMC-nin 29401.23 manat vergi borcu olub.