kanal1

Vidadi İsayev dövlət işçilərini qapısında qul kim işlədir - İTTİHAM VAR...

Tarix:5-03-2025, 14:22
Baxış Sayı:1



Bərdənin icra başçısı Vidadi İsayev dövlət qulluqçularını öz evində, obyektlərində qanunsuz olaraq işlədir. Bu barədə Anaxeber.info-ya Bərdə sakinləri məlumat verib. Xəbərdə deyilir ki, icra başçısı “JEK” işçilərini – faktiki dövlət qurumunun xidmətçilərini qula çevirərək şəxsi mülklərində işlətməklə ciddi narazılıq yaradıb. Son zamanla icra başçısının Mənzil İstismar İdarəsində (JEK) və digər təsərrüfatlarda vəzifə tutan yaxınları Vidadi İsayev üçün öz əməkdaşlarını “səfərbər” edirlər. Buna etiraz edənlər isə ya cəzalandırılır, ya təzyiqlərə məruz qalır. Belə ki, icra başçısının kommunal təsərrüfat idarələrində rəhbər vəzifələrdə olan qohumları işçilərini zorla İsayevin qapısında işləməyə göndərirlər. Onlar bu tapşırığın icra başçısından gəldiyini deyirlər. Nəticədə Bərdədə ciddi sosial narazılıq baş qaldırmaqdadır.
Redaksiyamıza olan şikayətdə də deyilir ki, "JEK"də rəis müavini olan İldırım Quliyev, Kommunal Müəssisələr Kombinatının rəhbəri Natiq Qasımov və Kommunal Təsərrüfat Birliyinin rəisi Rauf Qafarov icra başçısının vəzir-vəkili kimi çıxış edirlər. Onlar süpürgəçilərin, xidmətçilərin gününü qaraya döndəriblər. Bu da Vidadi İsayevin komandasının hansı qanunsuzluqlara yol verdiyini, insanların başına hansı zülmləri gətirdiyini sübut edir. Bildirilir ki, Bərdənin fəal adamları, sosial şəbəkədə qanunsuzluq faktlarını yayanları isə susdurmaq üçün müxtəlif variantlara əl atılır. Məsələn, bəzilərinin “JEK”-də, ya da “Komfoz”da işə düzəldirlər ki, dili qısa olsun. Artıq bu vəziyyət ciddi problemə çevrilir. İşçilər narazılıq edirlər və icra başçısının bu hərəkətləri barədə ölçü götürülməsini gözləyirlər.

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL