kanal1

Rus sülhməramlıları Qarabağda antiterror əməliyyatı keçirir: - 10-dan ÇOX HƏBS OLUNAN VAR

Tarix:5-06-2021, 14:18
Baxış Sayı:32

Rus sülhməramlıları Qarabağda antiterror əməliyyatı keçirir: - 10-dan ÇOX HƏBS OLUNAN VAR

Qarabağda yaşayan ermənilər bölgədəki rus sülhməramlılarına hücum çəkib. Nəticədə, tərəflər arasında insident yaşanıb. JAMAZ.İNFO xəbər verir ki, hadisənin Xankəndi yaxınlığında baş verdiyi bildirilir.

Belə ki, yolla hərəkət edən rus sülhməramlılarına məxsus avtomobil sıxışdırılaraq, yolun kənarına çıxarılıb. Bəzi məlumatlara görə, mümkün qəzadan qaçmağa çalışan sürücü sükana nəzarəti itirib və maşın yolun kənarına aşıb. Ölüm hadisəsi qeydə alınmasa da, yaralananların olduğu bildirilir. Bunun ardından rus sülhməramlıları qərargaha məlumat verib və əraziyə əlavə qüvvə gətirilib. Onlar hadisəni törədən şəxsləri saxlamaq istədikdə isə bir qrup erməni onlara hücum edib.

Elə məsələ də bundan sonra qəlizləşməyə başlayıb. Bölgədəki rus sülhməramlıları bir qrup şəxsin onlara hücum etdiyini, hətta onların bir neçəsinin silahlı olduğunu görərək, terror riski yaşana biləcəyi səbəbindən təcili antiterror əməliyyatı adıyla lokal əməliyyat keçirməyə başlayıblar. Əməliyyat zamanı 10-dan çox erməninin həbs edildiyi bildirilir.

Qarabağda nəşr olunan qəzetlərdən biri isə yazıb ki, hazırda Rusiyanın bölgədəki hərbi kontingenti yüksək döyüş hazırlığı vəziyyətinə gətirlib və bütün məntəqələrdə axtarış-əməliyyat işlərini həyata keçirmək üçün əmr alıblar.

Qarabağdakı qondama “Milli Təhlükəsizlik Xidməti” isə bu səhər təcili bəyanatla çıxış edərək, mücərrəd açıqlama verib. Həmin bəyanatda deyilir ki, Xankəndi yaxınlığında rus sülhməramlılara qarşı baş verənlərlə onların heç bir bağlantısı yoxdur. “Məlumatlarda deyilir ki, guya, rus sülhməramlılarının maşınını sıxışdırıb, yol kənarına çıxaran Qarabağ “MTX”nin “əməkdaşları” olublar. Belə bir şey yoxdur, bizim heç bir əməkdaşımız orada olmayıb. Baş verən insidenti araşdırırıq”.

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir