kanal1

Deputatın şirkətə qarşı daha bir məhkəmə iddiası qaldırıldı - Detallar

Tarix:1-06-2021, 16:39
Baxış Sayı:12

Deputatın şirkətə qarşı daha bir məhkəmə iddiası qaldırıldı - Detallar

78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədov tərəfindən təsis olunan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi ilə eyni ünvanda – Nizami rayon, Özbəkistan ev 24-də dövlət qeydiyyatına alınan “Kaspi-Yıldız” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclası bu günə - 01.06.2021-ci il tarixinə təyin olunub. İclasa Bakı Kommersiya Məhkəməsinin hakim Leyla Əliyeva sədrlik edəcək.
“Kaspi Yıldız”a qarşı məhkəmə iddiasını “Azel Group” MMC qaldırıb. Mübahisə alqı-satqı müqaviləsinə görə yaranıb.
Qeyd edək ki, “Azel Group” MMC 24.04.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi İsgəndərov Elvin Fikrət oğludur.
Məlumat üçün bildirək ki, “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 16.10.1996-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 45 000 dollar olan MMC-nin qanuni təmsilçisi Məmmədov Ramiz Fərman oğludur.
Onu da bildirək ki, bu ilin aprel ayında Azərbaycanın ən böyük bankı hesab olunan “Kapital Bank” da (Səhmlərinin 99,87%-i “Paşa Holdinq”ə məxsusdur) borc müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq millət vəkili İqbal Məmmədova, həmçinin Məmmədov Nəriman Qədir oğlunu (deputatın atası), Məmmədov Çingiz Nəriman oğlunu (deputation qardaşı) və “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb.
Eyni zamanada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də bu ilin fevral ayında “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb.
Hazırda dövlət büdcəsinə böyük həcmdə - 9 milyon 515 min 160 manat 33 qəpik vergi borcu olan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsini təsis edən millət vəkili İqbal Məmmədov 1982-88-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda SOCAR prezidenti Rövnəq Abdullayevin və bir müddət əvvəl vəzifədən azad olunan “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovla birgə təhsil alıb.
2019-cu ildə mətbuata verdiyi açıqlmada İqbal Məmmədov bildirib ki, o 2010-cu ildə deputat seçildikdən sonra müəssisəyə rəhbərliyi qardaşına həvalə edib. Bir müddət “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə rəhbərlik edən İqbal Məmmədovun qardaşı Asif Məmmədov isə 2006-2013-cü illərdə Balakən və Şamaxı rayonlarının İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Deputatın şirkətə qarşı daha bir məhkəmə iddiası qaldırıldı - Detallar

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir