kanal1

Qax rayon Suvarma Sistemləri İdarəsində ƏHMƏDZADƏ AB-HAVASI... - FAKT

Tarix:1-06-2021, 10:43
Baxış Sayı:26


Qax rayon Suvarma Sistemləri İdarəsində ƏHMƏDZADƏ AB-HAVASI... - FAKT

Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovu bu günə qədər hamı “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadənin ən yaxın adamlarından biri olduğu heç kimə sirr deyil.Onların yaxınlıqları barədə dövrü mətbuatda da kifayət qədər yazılıb. Soltan Camalovun yarıtmaz fəaliyyəti nəticəsində yerli fermerlərin işində ciddi problemlərin yarandığı barədə də məlumatlar da kifayət qədərdir.

Qax rayon Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlərin də idarə müdiri tərəfindən müxtəlif yollarla mənimsənildiyi iddia edilir. Aktualinfo.org idarənin müxtəlif xidmətlərin və işlərin satınalmasına ayrılan vəsaitlərin təyinatından kənarlaşdırılması barədə bir müddət öncə geniş məlumat vermişdi. Soltan Camalovun satınalmaları saxtalaşdırmağa rəvac verməsi barədə ən son məlumt isə dünən məlum olub.

Belə ki, Qax rayon Suvarma Sistemləri İdarəsi tərəfindən maşın mexanizmlər üçün ehtiyyat hissələrinin alınması üzrə keçirilmiş tenderdə 137544.34 manat məbləğində satınalma müqaviləsi 31.05.2021-ci il tarixdə “MEQA TEXNİKA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MEQA TEXNİKA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.12.2013-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV, ev 2 A, MƏHƏLLƏ 568, m. 46, qanuni təmsilçisi kimi isə Rzayev Səfər Məmməd oğlu qeyd olunub.

Dövlət Vergi Xidmətinin hazırki günə olan məlumatlarında MMC-nin 61538.31 manat borcu olduğu göstərilir. “Dövlət satınalamları haqqında” Qanunda isə vergi borcu olan şirkətin tenderdə iştirakını qadağan edir.
Qax rayon Suvarma Sistemləri İdarəsində ƏHMƏDZADƏ AB-HAVASI... - FAKT
Görsənən odur ki,İdarənin rəisi Soltan Camalov hələ də köhnə şakərindən əl çəkmək istəmir. O, ya göhnə dostu Əhməd Əhmədzadənin artıq”Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri olmadığını unudub,ya da yeni təyin olunmuş sədr Zaur Mikayılovla da dil tapıb.

Aktualinfo.org

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir