kanal1

Kəlbəcəri başçıdan da azad edək... - İDDİA

Tarix:1-06-2021, 09:17
Baxış Sayı:27

Kəlbəcəri başçıdan da azad edək... - İDDİA

Əbülfəz Elçibəy prezident olanda Kəlbəcərlə bağlı bir maraqlı məsələ var idi. Hamı deyirdi ki, Kəlbəcərin icra başçısı mantyordur.

Şəhid Milli Qəhrəman Şahlar Şükürovun atası, 1993-95-ci illərdə Kəlbəcərin icra başçısı vəzifəsini daşıyan Əvəz Şükürovun bu barədə Milli Məclisdəki çıxışı da çoxlarının yadındadır.

O vaxtdan hardasa 30 il keçib.

Deyəsən Kəlbəcərin icra başçısı sarıdan bəxti gətirmir.

Bu gün Kəlbəcərin təzə icra başçısı Azər Qocayev də ixtisasca energetik, loru dildə desək, “mantyor”dur.

Bəli, bu mantyor icra başçısı, dövlətin aqrar siyasətini başa düşmür. Baramanın nə olduğunu anlamayan bu icra başçısı dövlət başçısının aqrar məsələ ilə bağlı siyasətini anlamadığı üçün “baramanı lağa qoyur”.

Bu azmış kimi Kəlbəcəri ziyarətə gedən məmuru işdən qovur.

Bu adamın 1-cə günlük idarəetmə təcrübəsi yoxdur.

Özünü idmançı kimi aparır, qəbuluna gələnlərə az qala fiziki güc göstərir, özünü “vışıbala” kimi aparır.

Ömründə 1-cə saat Kəlbəcərdə olmayan adam Kəlbəcərin necə icra başçısı ola bilər ?

Azər Qocayev gözünü açanda ancaq Sumqayıt görüb. Bu adamın hətta təsəvvüründə Kəlbəcər, dağlıq ərazi, kənd təssərüfatı deyilən anlayış yoxdur.
Müavinlərini idarə edə bilməyən Azər Qocayev rayonu necə idarə edəcək ?

Hətta öz müavinləri, şöbə müdirləri Azər Qocayevi saya salmırlar.

Bütün bunlar azmış kimi icra başçısı bugünədək bircə şəhid, qazi ailəsini ziyarət etməyib.

Ziyarət bir kənara qalsın, hətta qazinin öz iş yerinə bərpa etmir.

Bəli, Vətən müharibəsinin qazisi neçə vaxtdı öz əvvəlki işinə bərpa ola bilmir.

Vətən müharibəsi qazisi Süleymanov Rüstəm Fazil oğlu Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, onun müavini Eldəniz Mehdiyev və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının Baş direktoru Səadət Əliyevanın əlbir olaraq, onun işinə bərpa olunmasına maneə törətdiklərini bildirib.

Qazi cənab Prezident, Ali Baş Komandan İlham Əliyevdən xahiş edir ki, ona kömək etsin.

Görəsən, icra başçısı Azər Qocayev başa düşmür ki, bu qazi torpaq uğrunda vuruşub.

Bəs sən nəyin uğrunda vuruşmusan, Azər Qocayev ? //gundelik-baku.com//

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir