kanal1

Azərbaycan Rusiyaya “hə” dedi - TƏHLİL

Tarix:31-05-2021, 14:34
Baxış Sayı:31

Azərbaycan Rusiyaya “hə” dedi - TƏHLİL


Minsk şəhərində keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında sərhəddəki insident Ermənistan və Azərbaycan rəsmiləri arasında polemikaya səbəb olub. Ermənistan baş nazirinin müavini səlahiyyətlərinin icraçısı Mqer Qriqoryan çıxış edərək bildirib ki, Azərbaycan tərəfi Ermənistanın ərazi bütövlüyünü və suverenliyini pozaraq mayın 27-də 6 nəfər hərbi qulluqçunu əsir götürüb. Azərbaycanın baş naziri Əli Əsədov isə ona cavabında deyib:

“Hörmətli həmkarlar, mənim Ermənistanın baş nazir müavini səlahiyyətlərini icra edən şəxsə və sizə sualım var: Ermənistan hərbçilərinin mayın 27-si gecə saat 3-də Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində nə işləri vardı? Onlar bizim ərazini niyə minalayırdılar? Biz Ermənistan Respublikasının bircə qarış belə torpağına iddia etmirik, lakin özümüzün də bircə qarış torpağımızı heç kəsə verməyəcəyik. Bu, bizim prinsipial mövqeyimizdir”.

Baş nazir daha sonra bəyan edib ki, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan öz sərhəd infrastrukturunu müəyyən etməyə başlayıb və Ermənistanla sərhəd mübahisəsini konstruktiv şəkildə həll etməyə tam hazırdır. Ə.Əsədov bildirib ki, bununla əlaqədar Bakı Rusiya tərəfinin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiya yaradılması təklifini dəstəkləyib. Onun sözlərinə görə, Azərbaycan bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, o cümlədən münaqişədən sonrakı vəziyyətin normallaşdırılması prosesinə və bütün fikir ayrılıqlarının 2020-ci il 9/10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların müddəalarının vicdanla yerinə yetirilməsi kontekstində diplomatik vasitələrlə həll edilməsinə tərəfdardır.

Beləliklə, Rəsmi Bakı sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Rusiyanın təklif etdiyi komissiyanın yaradılması ideyasını dəstəkləyib. Paşinyan isə ötən həftə bildirmişdi ki, bir şərtlə komissiyanın qurulmasına razıdır ki, Azərbaycan silahlı qüvvələri Ermənistan ərazilərini tərk etsinlər. M.Qriqoryan da eyni mövqeni təkrarlayaraq vurğulayıb ki, Rusiyanın təklifi məqbuldur, amma Azərbaycan hərbçiləri Ermənistan ərazilərini tərk etməli, əsirlər geri qaytarılmalıdır.

Mətbuata sızan bilgilərə görə, Rusiya bu komissiyada məşvərətçi hüquqa malik olacaq. Delimitasiya və demarkasiya işləri isə sovet dövrünüç xəritələrinə əsasən aparılmalıdır.

Paşinyan onun seçki kapmaniyasına ciddi zərbə vuran bu problemin tezliklə səngiməsini istəyir. O, hökumətin iclasında bildirib ki, Qaragölün 30 faizinə görə Azərbaycanla müharibə etmək niyyətində deyil, sərhədlər diplomatik masada, müzakirələr əsasında dəqiqləşdirilməlidir. Rusiyaya gəldikdə, Moskva vəziyyətdən məmnundur, çünki üçtərəfli komissiya Azərbaycanla Ermənistan arasında bütün mübahisəli məsələlərin həllində ona arbitr rolunda çıxış etməyə, liderliyini möhkəmləndirməyə şərait yaradır.

Paşinyanın sərhədə ABŞ və Fransa nümayəndələrindən ibarət beynəlxalq müşahidəçilərin göndərilməsi təşəbbüsünə gəldikdə, onun reallaşması mümkün deyil. Çünki Azərbaycan problemin beynəlmiləlləşməsini istəmir, ümumiyyətlə, Minsk Qrupu həmsədrlərinin çox da aktivləşməsini arzulamır. Rusiya da eyni mövqedən çıxış edir. Güman ki, Ermənistanda parlament seçkilərindən sonra üçtərəfli komissiyanın formalaşdırılması istiqamətində real addımlar atılacaq. Belə görünür ki, Rusiya prosesin sürətləndirilməsinə tərəfdardır. //pressklub.az//

Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir