kanal1

Əli Həsənovun yetişdirdiyi deputat... - İLGİNC FAKT

Tarix:31-05-2021, 09:44
Baxış Sayı:6

Əli Həsənovun yetişdirdiyi deputat... - İLGİNC FAKT

Milli Məclisin üzvü, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev öz müsahibəsində ciddi-cəhdlə deyir ki, məsələləri siyasiləşdirməyin.
Söhbət ondan gedir ki, Hesablama Palatası Azay Quliyevin rəhbəri olduğu Milli QHT-lərin maliyyə fəaliyyətini yoxlayıb və ciddi problemlər aşkarlanıb. Yəni dövlətin ayırdığı vəsait kənar yerlərə xərclənib.
Bununla bağlı münasibət bildirən Azay Quliyev təkrar-təkrar deyir ki, bunlar siyasi məsələ deyil.
Cənab Azay Quliyev, siz 4-cü dəfədir ki, Milli Məclisin üzvüsünüz. Milli Məclis siyasət yeri deyil, bəs nədir ?
Siz siyasi proseslərin mərkəzindəsiniz. Necə yəni siyasiləşdirməyin ?
Cənab Azay Quliyev !
Siz 2005-ci ildə 46 saylı Şirvan seçki dairəsindən deputat seçildiniz. Sizi Şirvanda tanıyan var idimi ? Bir az obyektiv olun. O vaxt Yavər Camalov “Azneft ” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışırdı. Sonradan Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edildi.
Bəli, 2005-ci ildə Yavər Camalov şirvanlılara konkret demişdi ki, qutudan Azay Quliyev çıxmalıdır.
Və siz beləcə deputat oldunuz. Bu məgər məsələni siyasiləşdirməkdir ?
Cənab Azay Quliyev, 2010-cu ildə yenidən 5 il Şirvanlıların deputatı oldun. Şirvan camaatı üçün nə iş gördün ?
2015-ci ildə deputatlıq dairəni kəskin dəyişərək Binəqədi 8 saylı dairədən deputat oldun.
Cənab Azay Quliyev, əgər Şirvanda özünü həqiqi deputat kimi aparmışdınsa, seçicilər arasında az-çox nüfuzun vardısa, niyə Binəqədidən namizəd oldun ?
Deməli, 10 il deputat fəaliyyətin Şirvanlıları qane etmirdi və sənə səs verən də yox idi. Ona görə də məcbur olub Binəqədidən deputat oldun. Çünki seçkidən söhbət gedə bilməzdi.
Bunları yazmağımızı da siyasətin ayağına yazmağa çalışma, Quliyev.
Cənab Azay Quliyev ! Hesablama Palatasının ortaya qoyduğu neqativ hallara görə siz məsuliyyət daşıyırsınız. Amma deyirsiniz ki, bu məsələ mənlik deyil.
Siz, böyük miqdarda rüşvətə görə, həbs olunan şəxsə hüquqi maarifçiliyə görə neçə min qrant vermişdiniz ?
Cənab millət vəkili !
Rüşvət, həbs hara, hüquqi maarifçilik hara?
Cənab Azay Quliyev, deyirsiniz ki, Hesablama Palatasının yoxlamasını mənim adıma bağlamayın.
Cənab deputat, bu qurumun rəhbəri siz olduğunuz halda, yoxlamanı bəlkə ekologiya nazirinin adına bağlayaq ?
Absurd fikirlərdir.
Yazılanları şəxsinizə qarşı kampaniya hesab edirsiniz. Bu da bir bəhanədir.
Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla əməkdaşlıq məsələsində isə Azay Quliyev daş atıb başını tutur. Yenə deyir ki, məsələyə siyasi baxımdan yanaşmayın. Bəs necə yanaşaq, Azay müəllim ?
Deyirsiniz ki, Əli Həsənovun bizə münasibəti müsbət olmayıb.
Suallara “Hər şeyi onların vicdanlarına buraxıram” deyə cavab verirsiniz.
Biz də hər şeyi sizin vicdanınıza buraxırıq.
4 dəfə necə deputat olmusunuz, cənab Azay Quliyev? //gundelik-baku.com//

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir