kanal1

ƏƏSMN yanaşması Ağstafada narazılıq doğurur - Göndərilən sənədlərin təsdiqlənməməsi isə...

Tarix:28-05-2021, 10:13
Baxış Sayı:30

ƏƏSMN yanaşması Ağstafada narazılıq doğurur - Göndərilən sənədlərin təsdiqlənməməsi isə...

ƏƏSM nazirliyinin Respublika Tibbi Sosial Ekspertiza Mərkəzi tərəfindən əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi ilə bağlı respublika üzrə bütün rayonlarda nazazılıqlar var.
Pisi də odur ki, bu narazılıqlar artmaqda davam edir. Məsələn, Ağstafa rayonundan onlarla həqiqi əlillik dərəcəsi olan şəxslərin qrupunun ləğv edilməsi, ağır dərəcəli boyun yırtığı, şəkər,insult, zob, sağalmaz revmatizma xəstələrinin 6 aydan çoxdur ki, əlillik dərəcəsinin təsdiq edilməməsi, onlara əlavə müalicəyə ehtiyacları olmasına (stasionar) dair arayışların Respublika Tibbi Sosial Ekspertiza Mərkəzi tərəfindən göndərilməsi ciddi narazılıqlarla müşayiət olunur.

Əslində insanlar da bilir ki, nazirlik rəsmiləri “ötür-ötür oyunu oynamaqla” insanların kütləvi şəkildə narazı qalmalarının qarşısını alır. Kütləvi yox, tədricən əlillik qrupunu ləğv etməklə hökumət və nazirə yönələn etirazların kütləviliyini azaltmış olurlar.

Bunu hara qədər edəcəklər o sonrakı məsələdi. Amma bir neçə xəstəliyi olan bu həssas qrupa qarşı hazırkı münasibət bir hadisəni xatırladır. Sabiq nazir Səlim Müslümov da təqaüd yaşını qaldırmaqla minlərlə vətəndaşı pensiya almaqdan kənarda saxlamışdı. Əhalinin artan qəzəbini Səlim Müslümovun adının qabağına “sabiq” yazılması tənzimlədi.

Gündəlik yaşayış tərzini təmin etməli olan, xəstəlik səbəbindən dərman qəbuluna ehtiyac duyulan bir çox əlillər isə çıxılmaz durumdadırlar. Hər halda düşünməyə dəyər...

Faktinfo.az

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir