kanal1

Dövlət Reyestri Xidmətinin Şəmkir idarəsi sahibkara süni əngəllər yaradır - NARAZILIQ!

Tarix:27-05-2021, 12:14
Baxış Sayı:22

Dövlət Reyestri Xidmətinin Şəmkir idarəsi sahibkara süni əngəllər yaradır - NARAZILIQ!

Şəmkir rayonunun Zəyəm qəsəbəsinin sakini Yusif Vəliyevə “Azərittifaq”ın sədri Eldar Quliyevin imzasıyla aldığı obyektin sənədləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir üzrə İdarəsi tərəfindən süni problemlərin yaradılması barədə məlumat vermişdik. Yəni Yusif Vəliyevə qurumun Şəmkir İdarəsindən bildirilib ki, obyektin sənədləşdirilməsi üçün Xalq Deputatları Sovetinin qərarını gətirsin.

Məsələylə bağlı “Azərittifaq”ın sədr müavini Fəxrəddin İsmayılovla da əlaqə saxlamışdıq. O qeyd etmişdi ki, hazırda bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəsmi müraciət hazırlanır. Fəxrəddin İsmayılov, Əmlak Məsələləri Dövlət Xidməti yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir üzrə filialına gənc kadrların gəldiyini, bu baxımdan da süni problemlərin yaşandığını qeyd edib.

“Azərittifaq”ın rəsmisi vurğulayıb ki, dəfələrlə məsələnin həllinə çalışsa da, bu, mümkün olmayıb. Hətta özü də bu tip məsələlərlə bağlı Reyestr Xidmətinin Şəmkir üzrə İdarəsində olub. Lakin laqeyd münasibətlə üzləşib.

Yusif Vəliyev uzun müddət keçdikdən sonra yenidən redaksiyamızla əlaqə saxlayıb. O, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir üzrə İdarəsi tərəfindən süründürməçilikə üzləşdiyini deyib. Belə ki, Şəmkir sakini hələ də “Azərittifaq” tərəfindən verilmiş obyektə rəsmi sənəd ala bilmir. O, yenidən aidiyyatı dövlət orqanlarına müraciət edib:

“Qəzetiniz vasitəsilə “Azərittifaq”ın sədri, deputat Eldar Quliyevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova bu işdə mənə kömək edilməsi üçün müraciət edirəm. Obyekti dövlət satıb, mən də almışam. Eldar Quliyev 25 ilin deputatıdır. Hər halda onun imzasıyla obyekt satılıb. Dünyanın başqa ölkələrində olsaydı, bu iş üçün dövlət kredit də ayırardı. Mən kredit istəmirəm. Obyektə dövlət sənədinin verilməsindən başqa heç nə lazım deyil”.

Qeyd: Mövzunu davam etdirəcəyik. //hurriyyet.az//

Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət
Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət
OLMAYAN VELOSİPEDLƏR VƏ PULYIĞMA MƏNBƏYİ OLAN PARKLAMA ŞƏHƏRİNDƏ TIXACLAR!
OLMAYAN VELOSİPEDLƏR VƏ PULYIĞMA MƏNBƏYİ OLAN PARKLAMA ŞƏHƏRİNDƏ TIXACLAR!
Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
 FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
 FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
"Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
"Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
“Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
“Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)