kanal1

Etibar Pirverdiyev bank sektorundan çəkilir - İDDİA

Tarix:27-05-2021, 09:34
Baxış Sayı:26

Etibar Pirverdiyev bank sektorundan çəkilir - İDDİA

Azərbaycanda bank sisteminin durumu ilə bağlı yazmağın faydası yoxdur.
Neçə illərdir ki, media bank sisteminin dayanıqsız, heç bir qanuna əsaslanmayan fəaliyyəti barədə yazır. Amma nə faydası.
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun və qızının biznes şəbəkəsi Avropada genişləndikcə, ölkəmizdə bank sistemi çökür.
Son illərdə neçə-neçə bankın bağlanması bəllidir.
Digər tərəfdən ölkəmizdəki banklarda olan bank faizləri heç geri qalmış Afrika ölkələrində yoxdur.
Yəni bizim bankirlər 1 qoyub 5 yox, 100 götürmək istəyirlər.
Həm də nəzərə almalıyıq ki, bizdəki özəl bankların çoxu məmurlara, nazirlərə məxsusdur.
Əbəs yerə demirlər ki, Ziyanın bankı, Fazilin bankı, Fatmanın bankı və s.
Yəni bizdə banklar korrupsioner məmurların adı ilə bağlıdır.
Çoxu da istehlak krediti adı altında vətəndaşların dərisini soyur.
Belə banklardan biri də Expressbank-dır.
Bu bank yalandan özünü reklam edir, guya müddəti uzadır, 24 saat ərzində köçürmələri reklam edir.
Bu bankın ölkəboyu filialları var.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS-terminal və 600-dən artıq Expresspay ödəniş terminalı vardır.
Bizim diqqətimizi bu bankla bağlı bir məqam cəlb etdi.
Expressbankın ötən ilin 9 ayı ərzində 10 milyon xalis gəliri olub, yəni bütün xərcləri çıxandan sonra təmiz gəlir.
Bəs görəsən, Azərbaycan vətəndaşları nə qazanıb ?
Tam məsuliyyətlə deyə bilərik ki, heç nə: aldım qoz, satdım qoz.
Gundelik-baku.com-un apardığı araşdırma zamanı bəlli oldu ki, Expressbank Azenerji ASC-nin sabiq rəhbəri Etibar Pirverdiyevə məxsusdur.
Ən maraqlısı odur ki, Etibar Pirverdiyev bankı satmağa hazırlaşır.
Kimə və neçəyə ?
Bu barədə növbəti yazıda. //gundelik-baku.com//

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir