kanal1

Azərbaycan KTMT-yə qatıla bilərmi? - AKTUAL

Tarix:24-05-2021, 17:52
Baxış Sayı:9

Azərbaycan KTMT-yə qatıla bilərmi? - AKTUAL

“Rusiya tərəfindən Azərbaycana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTM) üzv olmaq tez-tez təklif olunur”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli söyləyib.
Onun sözlərinə görə, siyasi və qlobal maraqlar həmişə zamana və ölkələrin milli maraqlarına görə dəyişməlidir:

“Təbii ki, bunun kökündə də milli təhlükəsizlik faktorları dayanır. Azərbaycanın hərbi doktrina və təhlükəsizlik aspektini qiymətləndirəndə bilməliyik ki, strateji və hərbi tərəfdaşımız Türkiyədir. İkinci sırada İsrail, Ukrayna və Pakistan var. Bu baxımdan İkinci Qarabağ müharibəsi dönəmində yanımızda kimlərin olması əməkdaşlıq etdiyimiz ölkələrin siyahısı və sıralamasına həlledici təsir göstərdi. Bu, bütövlükdə o deməkdir ki, təhlükəsizlik konsepsiyamızın istiqamətləri adını qeyd etdiyim ölkələrə yönəlikdir. Təbii ki, ölkə başçısının siyasətində iki faktor önə çıxır: Birincisi, təhlükəsizlik, ikincisi isə bölgələrdə investisiya mühitinin yaradılması, yəni sabitliyin təmin olunması.

Rusiya həm Avrasiya İqtisadi Birliyi, həm KTMT, həm də Lavrov səviyyəsində etiraf etdiyi Türk Birliyinə üzv olmaq istəyir. Bunların hamısı keçmiş SSRİ ölkələrinin bir çətir altına yığışması, maraqların uzlaşdırılması məqsədi daşıyır. Bu durum həm Rusiyanın bölgədə hegemonluğunun diqtəsinə gətirib çıxarır, həm də Türkiyəni proseslərə cəlb etmək niyyəti daşıyır.

Bəzən belə fikirlər səsləndirəndə qorxurlar ki, Rusiya böyük ölkədir və onunla hansısa bir əməkdaşlıqdan qaçmaq lazımdır. Əslində Azərbaycanla bağlı taleyüklü məsələlərə yönəlik qərarları ölkə Prezidenti verir. Bu günə qədər Azərbaycan dövləti və xalqının əleyhinə hansısa qərarların şahidi olmamışıq. Əksinə müharibənin zamanlaması belə ölçülüb-biçilmiş və konkret olaraq planlar çərçivəsində həyata keçirilmişdi”.

Ə.Əlibəyli qeyd edib ki, hazırda qərblə şərq arasında toqquşma gedir:

“Bu qlobal toqquşmalar fonunda Türkiyənin və Rusiyanın güclü olması, bir-birinə ehtiyac duyması lazımdır. Türkiyə bizim müttəfiqimizdir, amma gedib Rusiya ilə də kortəbii şəkildə toqquşa bilmərik, çünki qonşu dövlətdir. Azərbaycanla Rusiyanın Ermənistana yönəlik siyasətindəki mövqeləri ortaq şəkildədir və üst-üstə düşür. Yəni iki ölkə arasında əməkdaşlığın hansısa aspektlərini müzakirə etmək olar. Amma Rusiyanın yaratdığı və hegemonluğunda olan qurumlarda Azərbaycan tərəfindən iştirakçılıq mütləq müəyyən səviyyələrdə həyata keçirilməlidir. Burada nəzarətçi statusunun olması da mümkündür. KTMT-yə tam hüquqlu üzv olmaq isə milli təhlükəsizlik maraqlarımıza qətiyyən cavab vermir”.

Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...

İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma
İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı
Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı