kanal1

Sahil Babayev üçün ÇƏTİN DÖNƏM... - İDDİA

Tarix:22-05-2021, 14:55
Baxış Sayı:339

Sahil Babayev üçün ÇƏTİN DÖNƏM... - İDDİA

Bu gün Azərbaycanda əhalini iqtidardan narazı salan məmurlar az deyil. Hətta cənab Prezident İlham Əliyev özü məmurlara deyir ki, xalqa yuxarıdan aşağı baxmayın, xalqdan qorxmursunuz, barı Allahdan qorxun…
Yəni bu iradları cənab Prezident özü də dəfələrlə səsləndirib.
Amma elə nazirlər var ki, sanki bilərəkdən, qəsdən bu camaatı narazı salır, insanları hakimiyyətə qarşı qoyur.
Tam məsuliyyətlə deyə bilərik ki, belə nazirlərin birincisi, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdir.
Bu gün saytların birində Sahil Babayevin və komandasının açıqlaması ilə tanış olanda dəhşətə gəldik.
Müharibə iştirakçısı olan qazi deyir ki, neçə ildir əlil olmağımla bağlı düzgün qərar verilməyib və mən neçə ildir əlillik yardımı almamışam. Qazi istəyir ki, öz hüquqlarını bərpa etsin.
Nazirlikdən nə desələr yaxşıdır: Bu qanunsuzluq sabiq nazir, hazırda məhkum həyatı yaşayan Səlim Müslümovun dövründə baş verib.
Belə yerə deyiblər ki…çox üzr istəyirəm…vur, eşşək palçıqdan çıxsın.
Adam, qazi hüququn tələb edir. Onun üçün nə fərqi nazir Səlimdir, yoxsa Sahil ?
Sahil Babayev, dövlətçilikdə Səlim, Sahil, yaxud başqa bir ad söhbəti ola bilməz. Səlimlər, Sahillər gəlib gedir, dövlət isə qalır.
Sahil Babayev, həmin vətəndaşın heç bir günahı yoxdur, o neçə ilin kompensasiyasını tələb edir.
Sabah sən həbsxanaya düşsən, deməli, yeni nazir deməlidir ki, bu Sahil Babayevin vaxtında baş verib ?
Adam, heç orta əsrlərdə belə yanaşma olmayıb ee.
Sahil Babayev, yazırsan ki, ingilis, fransız dillərini bilirsən.
Cənab nazir, təkcə Azərbaycan dilini bilməyin yetər.
Biz çox dil bilməyin əleyhinə deyilik ee, sən çalış adam dilini öyrən, xalqla ünsiyyəti öyrən.
Sahil Babayev, yazırsan ki, zabitəm. Sən əsl zabit olsaydın, Qarabağda vuruşan insanların probleminə həssas yanaşardın. Görürən odur ki, sənin zabitliyin də “kitayski”dir.
Cənab nazir ! Vəzifəyə gəldiyin ilk gündən sənin bircə işin olub:
Əlillərin, təqaüdçülərin və digər kateqoriyaya aid olan yüz minlərlə insanın statusunu ləğv etmək.
Sən başa düşürsənmi, neçə min insanı çörək pulundan məhrum edirsən ?
Cənab nazir ! Əlbəttə, bu sahədə qanunsuzluqlar olub və bu aradan qaldırılmalıdır.
Ancaq qanunsuzluğu vətəndaş deyil, sənin kimi nazirlər edib. Bəs vətəndaşın nə günahı ?
Cənab Sahil Babayev, kənardan görünən odur ki, bu narazılığı yaratmağı sənə “zakaz” ediblər. Kaş səhv etmiş olaydıq. //gundelik-baku.com

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir