kanal1

Saxta qazilərlə bağlı məsələ böyüyür: - Dövlət rəhbərliyinə müraciət edildi

Tarix:20-05-2021, 12:14
Baxış Sayı:35

Saxta qazilərlə bağlı məsələ böyüyür: - Dövlət rəhbərliyinə müraciət edildi

Saxta Qarabağ əlilləri arasında qarşıdurma baş verdikdən sonra onların bu günə qədər şantajına məruz qalan iş adamları üzə çıxaraq qarşılaşdıqları zorakılıq halları ilə bağlı aidiyyatı qurumlara məlumat verməyə başlayıblar.

Bu zərərçəkənlərdən biri də Heydər Əliyev prospektində yerləşən obyektin sahibi Cavanşir Talıbovdur. Onun oğlu Aydın Talıbov “Yeni Sabah”a açıqlamasında vaxtilə “qazilər”in hücumuna məruz qaldıqlarını bildirib. O, həmin dəstənin qanunlara qarşı çıxdığını, özü və atasına ziyan vurulduğunu deyib.

“İki il bundan qabaq Qarabağ qaziləri adından bizim yerimizə gəldilər. Həmin obyektlə bağlı saxta sənəd çıxarmışdılar. Orada Sərxanı, Əhmədi və Seyid deyilən adamı tanıyırdım. Qurban adında biri də vardı, onunla görüşmüşdüm. Sonradan anladım ki, onların başında duran elə həmin Qurban Məmmədovdur. "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin sədridir.

Şükürlər olsun ki, dövlətimiz bu şəxslərlə bağlı tədbirlər görrməyə başlayıb. Dövət rəhbərliyindən xahiş edirəm ki, biz sahibkarları bu saxtakarlardan qorusunlar”.

Xatırladaq ki, iki öncə sözügedən dəstə C. Talıbovun obyektini ələ keçirmək üçün hücum etmişdi. C. Talıbov o zaman yerli telekanallardan birinə açıqlamasında bildirmişdi ki, dəstə bu hücumlarla uzun müddət müəssisənin fəaliyyətinə imkan verməyib. “20 nəfər gəlirdi, onlara nə edə bilərdim ki, hamısı da cinə oxşayırdı. Deyirdilər çıx burdan, obyekti bizə ver”.

Onu da xatırladaq ki, sözügedən saxta Qarabağ əlilləri arasında bir neçə gün əvvəl əlbəyaxa dava baş verib. Buna səbəb dəstə üzvlərinin saxta əlillik nəticəsində əldə olunan pul vəsaitlərini bölüşdürə bilməmələri olub.

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir