kanal1

Şəmkirin Zəyəm-Cırdaxan kəndinin örüş-otlaq sahələri işğal olunub - NARAZILIQ!

Tarix:20-05-2021, 08:20
Baxış Sayı:63

Şəmkirin Zəyəm-Cırdaxan kəndinin örüş-otlaq sahələri işğal olunub - NARAZILIQ!

Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndinin hektarlarla örüş-otlaq sahələri bir ailə tərəfindən işğal olunub.
"Demokratik.Az"-ın məlumatına görə, vətəndaş Cəlilov Sərxan Vidadi oğlu və anası Amaliya Cəlilovanın ərazidəki qanunsuz əməlləri kənd sakinlərinin gündəlik yaşam tərzinə mənfi təsir göstərib. Sakinlər öz mal-qarasını öz otlaq sahələrində rahat otara bilmir, adıçəkilənlərin təzyiq və özbaşınalıqları ilə üzləşirlər. Dəfələrlə yuxarı qurumlara etdikləri şikayəti isə heç kim araşdırmır, süni problem öz həllini tapmır.
Şikayətçi sakinlərdən birinin çəkdiyi videoşikayətdən o da aydın olur ki, "işğalçı"lar onların mal-qarasını döyməkdən, ərazidə süni göl yaratmaqdan, icazəsiz qazıntı işləri aparmaqdan, sakinləri ölümlə hədələməkdən, iribuynuzlu mal-qaraya qarşı odlu silahdan atəş açmaqdan da çəkinmirlər.

Şikayətçinin dediyinə görə, baş verənlər vandallıqdır və bunu edənlər elə bilir ki, indi də 90-cı illərdir, ölkədə xaosdur. Nə istəsələr edirlər, günortalar mal-qaraları qovanlara qarşı tədbir görülməlidir. Yoxsa, bələdiyyə sədri, yerli icra nümayəndəsi hara baxır, bilinmir.
Kənddən Gədəbəydəki qızıl mədəninə uzanan dərin çuxurların niyə və hansı məqsədlərlə qazıldığı bəlli deyil. Sakinlər o səngərləri torpaqla doldursalar da işğalçılar səngəri traktorla yenidən qazırlar.

Kənd sakinləri haqlı olaraq sual edir ki, 80 hektara qədər ərazini belə asanlıqla qəsb etməyin hansı hüquqi əsasları var, bu nə mənimsəmədir? Dövlət fonduna aid torpaq sahəsi niyə qazılır? Hansı əsaslarla otlaq sahəsində balıq saxlamaq məqsədilə süni göl yaradılır? Bu nə mənimsəmə halıdır?..
İnanırıq ki, kənddə nə baş verdiyinə yuxarı vəzifə sahiblərindən və yerli polis orqanından bir aydınlıq gətiriləcək...

"Demokratik.Az"-a göndərilən VİDEOŞİKAYƏTi və kənddə qeydə alınan maraqlı videosüjeti də təqdim edirik:

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir