kanal1

"Azəriqaz"dan vətəndaşlara SİTƏM... - GİLEY

Tarix:17-05-2021, 17:35
Baxış Sayı:12

"Azəriqaz"dan vətəndaşlara SİTƏM... - GİLEY

“Azəriqaz” İstehsalat Birliyi Qobudakı 5 küçənin qazlaşdırılmasını sanki “qiyamətə saxlayıb”.

Bu barədə Yenicag.az-a məlumat verən sakinlərin sözlərinə görə, ötən il Qobuya qaz çəkilsə də, 60 ailənin məskunlaşdığı 5 küçə mavi yanacağa həsrət qalıb.

Sakinlərin sözlərinə görə, problemlə əlaqədar “Azəriqaz”a dəflərlə müraciət etsələr də, nəticə olmayıb. Son məqamda “Azəriqaz”dan onlara bildirlib ki, həmin ərazi qazlaşdırma planına düşməyib. Ərazi nə vaxt plana düşəcəksə, o zaman Qobudakı sözügedən 5 küçəyə qaz çəkiləcək.

“Azəriqaz”dan əli üzülən sakinlər son ümid yeri kimi prezident İlham Əliyevə məktub yazıblar. Dövlət başçısına məktub yazıldıqdan sonra Prezident Administrasiyasından Qobuya nümayəndə gəlib və əraziyə hələ də qaz çəkilmədiyinə təəccüblənib. O, məsələ ilə ciddi məşğul olacağına və 5 küçənin qazlaşdırılacağına söz verib.

Bu vədin üstündən 8 ay keçməsinə baxmayaraq, Qobunun o 5 küçəsinə hələ də qaz çəkilməyib. Nəticədə paytaxt Bakının obrazlı desək, bir addımlığında yerləşən qəsəbənin sakinləri ucqar dağ kəndindəki kimi odun yandırmaq məcburiyyətində qalıblar.

Qeyd olunan ərazinin sakini Çingiz Rzayev bildirib ki, həmin küçələrdəki evlərin sənədləri tam qaydasındadır və əraziyə qaz çəkilişinə mane olan hər hansı səbəb yoxdur:

“5 ildir, burada qanuni əsaslarla ev tikib yaşayırıq. Ancaq dağ kəndlərinin əhalisi kimi hələ də odundan istifadə etmək məcburiyyətindəyik. Çünki qəsəbədəki ətraf küçələrin hamısı qazlaşdırılsa da, bizim ərazidəki 60 ailənin məskunlaşdığı 5 küçəyə qaz çəkilmir. Elə bir vəziyyət yaranıb ki, qaz çəkilən küçələrə həsəd aparırıq”.

Qobuda qazlaşdırılmayan 5 küçədə yaşayan Arif Rəhimov, Çingiz Rzayev, Valeh Cabbarov və ərazidə yaşayan digər sakinlər adından ölkə rəhbərliyinə müraciət edilərək problemin, nəhayət aradan qaldırılması xahiş olunub.

Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
"Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
"Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Ermənilərin korrupsioner dayağının sonu – Menendezə verilən layiqli cəza - ŞƏRH
Ermənilərin korrupsioner dayağının sonu – Menendezə verilən layiqli cəza - ŞƏRH
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
BİZİM ƏHMƏD HƏKİM "INTERNATIONAL MEDICAL CENTRE" MMC
BİZİM ƏHMƏD HƏKİM "INTERNATIONAL MEDICAL CENTRE" MMC
Hacı Əliyevin planı baş tutdu-Nəvəsi Nurel Kərim Badamdar bələdiyyə sədri olur?
Hacı Əliyevin planı baş tutdu-Nəvəsi Nurel Kərim Badamdar bələdiyyə sədri olur?