kanal1

Cəlilabadda sakinlərə problem yaradan “gömrük qardaşları” kimdir..? - ŞİKAYƏT

Tarix:16-05-2021, 13:46
Baxış Sayı:15

Cəlilabadda sakinlərə problem yaradan “gömrük qardaşları” kimdir..? - ŞİKAYƏT

Bu gün səhər saatlarında Cəlilabad rayon Muğan kənd sakinləri redaksiyamıza şikayət ediblər.

Onlar Moderator.az-ın əməkdaşıyla söhbətləri zamanı bildiriblər ki, əkdikləri kartofu satmaq istəsələr də özlərini Dövlət Gömrük Komitəsinin işçisi kimi təqdim edən iki qardaş onlara problem yaradır.

Kənd sakinləri bildiriblər ki, yayda ancaq qazanc yeri kimi gözlərini əkdikləri kartofa dikiblər. Amma onun da satılması zaman hər dəfə onlara süni problemlər yaradılır. Onların sözlərinə görə “dəllallıq” edən Saməddin və Samid qardaşları özlərini Dövlət Gömrük Komitəsinin əməkdaşları kimi təqdim edərək, kənddən Rusiyaya kartof daşıyan “TIR” sürücülərinin sənədlərini əllərindən alıblar. Sakinlərə problem yaradan şəxslərdən biri də adı çəkilən iki qardaşlara havadarlıq edən Maşlıq kənd sakini Əlövsət adlı şəxsdir. Saməddin və Samid qardaşları isə Masallı rayonundadırlar. Bu səbəbdən də sakinlərin kartofunu alan alverçilər onu Rusiya bazarına çıxara bilmir və məcbur olub malı geri qaytarırlar. Məsələn, beş gün öncə hər “TIR” üçün 2200 dollar pul ödənirdisə, indi bu qiymət 3500 dollara qaldırılıb.

Sakinlər bu gün kəndin icra nümayəndəsi Rəzzaq İsbarovla birlikdə kənddəki “TIR” parkına gedərək orda sürüclərlə söhbət ediblər. Sürücülər bildirib ki, onlar da Saməddin və Samid qardaşlarının bu “qoçu"luğunun qarşısında aciz qalıblar.

Ona görə də vətəndaşlar məcbur olub Moderator.az-a üz tutublar. Onlar bildiriblər ki, mövcud problemlə bağlı çox təəssüflər olsun ki, rayon rəhbərliyi də maraqlanmır.

Qeyd edək ki, Cəlilabad rayonunun sabiq icra başçısı Namiq Zeynalov ötən ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs ediləndən sonra hələ də rayona yeni icra başçısı təyin olunmayıb. Vətəndaşların sözlərinə görə N. Zeynalovun həbsdindən sonra rayonda hərc-mərclik baş alıb gedir.

Redaksiyadan: Heç şübhə yoxdur ki, həmin qoçuların Dövlət Gömrük Komitəsi ilə əlaqəsi yoxdur, bu kəmfürsətlər sadəcə vəziyyətdən sui-istifadə edərək komitənin adına xələl gətirən qanunsuzluqla məşğuldurlar. Moderator.az komitə sədri hörmətli Səfər Mehdiyevin məsələyə müdaxilə edərək həmin qoçuları haqq etdikləri yerə göndərəcəyinə şübhə etmir.
Vasif Əlihüseyn
Cəlilabadda sakinlərə problem yaradan “gömrük qardaşları” kimdir..? - ŞİKAYƏT
Cəlilabadda sakinlərə problem yaradan “gömrük qardaşları” kimdir..? - ŞİKAYƏT
Cəlilabadda sakinlərə problem yaradan “gömrük qardaşları” kimdir..? - ŞİKAYƏT

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir