kanal1

“FETÖ-nün banka”sı olan ZİRAAT BANK-ın rəhbəri Avni Dəmirçi Şuşada filial açmaq istəyir.- “Ziraat Bank”da nələr baş verir ? Bankın İdarə Heyətinin sədri Avni Dəmirçi tədbirlərə niyə qatılmır ?

Tarix:15-05-2021, 10:00
Baxış Sayı:34

“FETÖ-nün banka”sı olan ZİRAAT BANK-ın rəhbəri Avni Dəmirçi Şuşada filial açmaq istəyir.- “Ziraat Bank”da nələr baş verir ? Bankın İdarə Heyətinin sədri Avni Dəmirçi tədbirlərə niyə qatılmır ?

Dünyanın məşhur söz adamlarından biri deyir: ” Dünyanı BANK-lar vasitəsilə MAFİYA idarə edir “.
Bəli, BANK-lar sizə adi görünməsin. Bu gün dünyada BANK-lar əsas söz sahibidir. Kəşfiyyat-filan, xüsusi-xidmət-zad arxa plana keçib. Bu gün dünyanın idarə olunmasında ağırlıq mərkəzi bankların üzərinə düşür.
70 illik sovet dönəmində özəl bankdan danışmaq adama gülməli gələrdi. Nə özəl, nə şəxsi bank ?
Amma son 20-30 ildə ölkəmizdə şəxsi banklar yağışdan sonra göbələk kimi artır.
Sözün düzü, özəl bankların olmasının faydası da var.
Amma, baxır necə bank ..
Qardaş Türkiyə ilə bütün sahələrdə əlaqələrimizin genişlənməsi hər iki tərəfin xeyrinədir. Bu iqtisadiyyatın ciddi bir sahəsi olan bank sektoruna da aiddir.
Belə banklardan biri də Türkiyənin ən böyük bankı olan “Ziraat Banka”sının Azərbaycandakı törəməsi - Ziraat Bank Azerbaijan ASC -dir.
Təsəvvür edirsiniz, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan bölməsi 2014-cü ildə fəaliyyətə başlayıb.
Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyət göstərir.
Bu gün mediada yayılan məlumata görə, Bankın İdarə Heyətinin sədri Avni Dəmirçi bildirib: “Yeni filial üçün Şuşa şəhərində münasib yer axtarırıq”.
Əlbəttə, bir daha təkrar edirik ki, ölkəmizdə qardaş Türkiyənin banklarının fəaliyyəti lazımdır.
Amma …bəzi məsələlərə aydınlıq gəlməlidir.
Məsələn, media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, bankın rəhbəri Avni Dəmirçi onu bu vəzifəyə gətirən FETÖ-ya olan simpatiyasını artıq açıq-aşkar büruzə verir və bundan heç də narahat olmur. Bu isə iş adamları arasında birmənalı qarşılanmır. Hətta bank rəhbərinin Əkrəm İmamoğlunun İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçilməsini az qala toy-bayram etməsi də diqqətdən yayınmır.
Bir sözlə, “Ziraat Bank” rəhbərinin FETÖ sevgisi bankın fəaliyyətinə ciddi təsir edib.
Araşdırmadan o da bəlli olur ki, bankın rəhbəri Avni Dəmirçi Türkiyə səfirliyinin Azərbaycanda keçirdiyi rəsmi tədbirlərdə kənar qalmağa çalışır.
Hətta gundelik-baku.com saytına daxil olan məlumata görə, Sumqayıtda banka yaxın şəxslərin, yəni “saqqallıların” iclası keçirilir, müzakirələr gedir. Bu barədə dəqiqləşdirmələr aparırıq.
Bizi izləyin.
Qarşı tərəfin mövqeynini dərc etməyə hazırıq.gundelik baki/

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir