kanal1

Kəlbəcərə YENİ BAŞÇI ilə qayıdarıq... - Qocayevi Bakıda qoyub gedərik...

Tarix:11-05-2021, 09:35
Baxış Sayı:11

Kəlbəcərə YENİ BAŞÇI ilə qayıdarıq... - Qocayevi Bakıda qoyub gedərik...
Kəlbəcərin yeni icra başçısı Azər Qocayevlə bağlı ötən yazımızda da qeyd etmişdik ki, vəzifəyə təyin olunmasından 1 il keçməsinə baxmayaraq onun gördüyü hansısa bir iş diqqəti çəkmir.

Ömründə bircə gün Kəlbəcərdə olmayan, ixtisasca energetik ( el arasında mantyor deyirlər) olan, idarəetmə təcrübəsi olmayan Azər Qocayev kabinetdə oturub şəkil paylaşmaqla məşğuldur.

1 il müddətində Azər Qocayev bir nəfər də olsun Kəlbəcərli şəhid ailəsini ziyarət etməyib, bir nəfərin də problemi ilə maraqlanmayıb.

Təzə icra başçısının 1 ildə 1-cə işi olub: 44 günlük müharibədən sonra polislə birgə Kəlbəcərə gedən kənd icra nümayəndəsinin müavinini işdən qovub. Bərəkallah. Özün getmirsən, qoy barı başqaları getsin də.

Bir sözlə, təzə icra başçısı haradan başlayıb harada qurtarmağı bilmir.

Gundelik-baku.com-a daxil olan məlumata görə, icra başçısı öz müavini- ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərqanə Əhmədova ilə yola getmir. Xanım müavin isə, ümumiyyətlə, icra başçısını saymır, hətta işə də çıxmır. Təzə başçı, ümumiyyətlə, öz müavinləri ilə "dil tapa" bilmir. Bir müddət əvvəl 1-ci müavini Eldəniz Mehtiyevi vəzifəsindən uzaqlaşdırmaq istədi, ancaq sonra hansısa səbəbdən gücü çatmadı.

Eldəniz Mehtiyev isə milyonçunun biridir, neçə yerdə nəqliyyat marşrutları var.

Eldəniz Mehtiyevə gücü yetməyən başçı indi onu özü ilə rayondakı qərargaha aparıb.

Bütün bunlar azmış kimi. icra başçısı Azər Qocayev siyasi səhvlər buraxır, Prezidentin irəli sürdüyü məsələlərə laqeyd yanaşır.

Məlumdur ki, cənab İlham Əliyev Respublikada baramaçılığın inkişafı üçün təşəbbüs göstərir, bu sahəyə diqqət ayırır.

İcra başçısı Azər Qocayev isə deyir ki, " Kəlbəcərdə barama olub ki, indi də olsun, nə barama ee".

Görəsən, ümumiyyətlə, Azər Qocayev ömründə barama görübmü ?

Deməli, Azər Qocayev Kəlbəcərdə baramaçılığın inkişafına mane olur. Əks təqdirdə, bilənlər bilir ki, indiyə qədər barama qurdu paylanmalı idi.

Sözün qısası, Azər Qocayevin heç bir aqrar sahədən məlumatı yoxdur.

Azər Qocayev təkcə aqrar sahəni deyil ee, heç ədəb-ərkan məsələsini də mənimsəməyib. Başa düşmür ki, böyüyün üzünə ağ olan, böyürə böyürə gedər. //gundelik-baku.com//

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir