Nicat Həsənov Vətənini sevən, xalqına bağlı olan ləyaqətli vətən oğludu
Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Nicat Həsənov, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb.Laçın rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Nicat müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Nicat Həsənov tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
Hər kəsə bəllidir ki, Nicat Həsənov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Nicat Həsənov bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Nicat Həsənovelə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.
1981-ci ildə Laçın rayon Dəyirmanyanı kəndində anadan olmuşdur.
2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistr elmi dərəcəsini almışdır.
2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və informatika üzrə yenidənhazırlanma təhsilinin tam kursunu bitirmişdir.
2003-2006-cı illərdə Laçın rayon Uşaq-Gənclər İdman məktəbində məşqçi-müəllim, 2006-2016-cı illərdə Laçın rayon Uşaq-Gənclər İdman məktəbin direktoru vəzifəsində çalışmışdır.
2008-2016-cı illərdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Suraxanı rayonu üzrə ictimai əsalarla səlahiyyətli nümayəndəsi vəzifəsində çalışmışdır.
Azərbaycan Gənclərinin II, III, IV və V Forumunun İştirakçısı, 2009-cu ildə Azərbaycan müəllimlərinin XIII qurultayının nümayəndəsi olmuşdur.
2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28.01.2009- cu il tarixli T-273 №li qərarı ilə Fəxri Fərmanla tətif edilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 iyul 2016-cı il tarixli 01-09-4906/16 saylı məktubu və Laçın Rayon İcra Hakimiyyəti başçısının 26 iyul 2016-cı il tarixli 106 saylı sərəncamına əsasən Laçın Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.
Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Laçın rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov belə insanlardandır.
Nicat Həsənov hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Nicat müəllimin həyat səlnaməsinə nəzər salanda görürükki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O , hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq , fəxr etmişik.
Nicat Həsənov işlədiyi Laçın rayon Təhsil Şöbəsində daim təhsil işçilərinin qayğısına qalmasında hər zaman ədalət pirinsipinə sadiq qalaraq bir pioritet kimi əsas şüarı olmuşdu .Təhsildə yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Nicat müəllimin böyük zəhməti vardır .
Bizdə bu çətin və şərəfli işində Nicat müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.