kanal1

Qarabağ Qaziləri BÜROKRATİYA İLƏ ÜZ-ÜZƏ - GİLEY

Tarix:5-05-2021, 09:44
Baxış Sayı:19

Qarabağ Qaziləri BÜROKRATİYA İLƏ ÜZ-ÜZƏ - GİLEY

Gəncə sakini Mehdi Gözəlov “Gözətçi”yə göndərdiyi şikayət məktubunda əlillik dərəcəsini ala bilmədiyini bildirir.

Mehdi Gözəlov sentyabrın 28-də Füzulinin Qaraxanbəyli kəndi uğurunda gedən döyüşlərdə başından yaralanıb və ordudan təxris edilib. Başının sol tərəf sümüyünün demək olar ki, bir hissəsi yoxdur. Bakıda Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alıb. Hospitalın həkimləri başıın sol hissəsinə kapron qoyulacağını bildiriblər.

“Əməliyyatla bağlı Hospitaldan xəbər çıxmadığı üçün 4-5 dəfə özüm onlara yaxınlaşdım. Ancaq hər dəfə dedilər ki, hazırda başına kapron qoya bilmərik. Vaxtı çatanda özümüz xəbər edəcəyik”.

M. Gözəlov Mərkəzi Hərbi Klinik Hosptalından başqa digər xəstəxanalara müraciət etmədiyini bildirir. Onun sözlərinə görə, atası sadəcə bir dəfə YAŞAT fonduna zəng edib. Onlar isə bildiriblər ki, “biz əsgərlərə baxmırıq”.

Şikayətşi bildirir ki, ona əlillik dərəcəsinin təyin edilməsi üçün Mərkəzi Hərbi Klinik Hospitaldan Kəpəz rayon Vətənpərvərlik və Hərbi Xidmətə Çağırış şöbəsinə şəhadətləndirmə göndərilməlidir. Ancaq onun sözlərinə görə, bu məsələ də 4 aya yaxındır ki, gecikir.

“Atam dəfələrlə Hospitala zəng edib, şəhadətləndirmənin göndərilməsini tələb edib. Onlar isə hər dəfə “bu gün gələcək, sabah gələcək” deyirlər. Mən bu sənədi almalıyam ki, onu Kəpəz rayon Tibbi-Siosial Ekspert Komissiyasına təqdim edim ki, əlillik dərəcəm təyin edilsin”, deyə şikayətçi bildirib.

DİN-in xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları artırılıb
DİN-in xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları artırılıb
Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək
Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək
"İstanbul NS" Klinikası vergi borcunu niyə ödəmir?
"İstanbul NS" Klinikası vergi borcunu niyə ödəmir?
Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub?
Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub?
“Koroğlu” MMC rəhbəri Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb?
“Koroğlu” MMC rəhbəri Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb?
Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
"Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
"Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Sabunçuda hamam da köhnədir... tas da... - AXI NİYƏ?..
Sabunçuda hamam da köhnədir... tas da... - AXI NİYƏ?..