kanal1

14 il əvvəl ləğv olunan qurum 1,1 milyon manatlıq tender keçirib? - FOTOFAKT

Tarix:9-04-2021, 17:44
Baxış Sayı:45

14 il əvvəl ləğv olunan qurum 1,1 milyon manatlıq tender keçirib? - FOTOFAKT

Azərbaycan Prezidentinin 2 fevral 2007-ci il tarixli 521 nömrəli Fərmanı ilə ləğv olunan qurum müsabiqə keçirib.
Yeniavaz.com xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nəzarət etdiyi "etender.gov.az" saytında yer alan məlumatda 2007-ci ildə ləğv olunan Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tender keçirdiyi qeyd olunub.
Məlumatda bildirilir ki, Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Goranboy Subartezian Quyuları İstismar İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi “İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir Quraşdırma-Sazlama İdarəsi” və “Kasko-Hidro” MMC olub. 2007-ci ildə ləğv olunan Komitənin “İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir Quraşdırma-Sazlama İdarəsi”nə 99 999 manat 69 qəpik, “Kasko-Hidro” MMC-yə isə ili ayrı lot üzrə 258 765 manat 7 qəpik və 258 733 man 89 qəpik ayırdığı bildirilir.
Qeyd edək ki, tender müsabiqəsində adı keçən Goranboy Subartezian Quyuları İstismar İdarəsi hazırda "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabedir.
Ləğv olunan Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin adından ötən ilin may ayında daha 2 tender müsabiqəsi keçirilib və həmin tenderlərdə də “Kasko-Hidro” MMC-yə 479 min manat ayrılıb. “Kasko-Hidro” MMC əsasən “Azərsu” ASC-nin keçirtdiyi milyonluq tenderlərin qalibi kimi tanınıb. MMC 10.11.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC Nərimanov rayonu, Ziya Bünyadov, ev 110 K ünvanında yerləşir. “Kaskad-Hidro” MMC-nin qanuni təmsilçisi 2000-ci ildən Bakı Dövlət Universitetinin "Riyazi kibernetika" kafedrasında dosent vəzifəsində çalışan Həmidov Sabir İsa oğludur.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 3 may 1993-cü il tarixli 548 nömrəli Fərmanına əsasən Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bazasında yaradılıb və Əhməd Əhmədzadə qurumun sədri təyin olunub.
Onu da bildirək ki, 1993-cü ildən (28 il) Meliorasiya və Su Təsərrüfatına (həm Komitəyə, həm ASC-yə) rəhbərlik edən Əhməd Əhmədzadə bir həftə əvvəl – 2 aprel 2021-ci il tarixində tutduğu vəzifədən azad olunub. Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adından keçirlən tenderin elanı 1 mart tarixində elan olunub və sənəd qəbulu 30 mart tarixində yekunlaşıb.
Məsələ ilə bağlı Goranboy Subartezian Quyuları İstismar İdarəsində münasibət öyrənmək istəsək də telefon zənglərimizə cavab verən olmadı.

14 il əvvəl ləğv olunan qurum 1,1 milyon manatlıq tender keçirib?
14 il əvvəl ləğv olunan qurum 1,1 milyon manatlıq tender keçirib? - FOTOFAKT

Ginekoloq Yeganə Əliyeva xəstədən qəbuluna gəlmədən pul tələb edir – FOTOFAKT
Ginekoloq Yeganə Əliyeva xəstədən qəbuluna gəlmədən pul tələb edir – FOTOFAKT
Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib
Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib
Təzaxan Məmmədov Badamdar,qızı Nəzrin Təzəxan qızı isə Səbail bələdiyyəsinə namizəddir-Sədr kim olacaq?
Təzaxan Məmmədov Badamdar,qızı Nəzrin Təzəxan qızı isə Səbail bələdiyyəsinə namizəddir-Sədr kim olacaq?
Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır
Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır
Hərbi formanı qanunsuz daşıyanların cərimələri ARTIRILIR
Hərbi formanı qanunsuz daşıyanların cərimələri ARTIRILIR
Çağırışçılarla bağlı cərimələr artırılır
Çağırışçılarla bağlı cərimələr artırılır
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini
Samir Şərifova yeni vəzifə VERİLDİ
Samir Şərifova yeni vəzifə VERİLDİ