kanal1

Təzaxan Məmmədov Badamdar,qızı Nəzrin Təzəxan qızı isə Səbail bələdiyyəsinə namizəddir-Sədr kim olacaq?

Tarix:23-01-2025, 19:35
Baxış Sayı:1


29 yanvar 2025-ci ildə olkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək.

Artıq bələdiyyə seçkilərinə namizədliyini vermiş şəxslər təbliğat təşviqat kampaniyası aparırlar. Bu seçkilərdə iştirak edən gənc namizədlər var və bu sözün əsl mənasında sevindirici haldır.

XALQ.AZ-a daxil olan məlumata görə Səbail rayonu Badamdar qəsəbə Bələdiyyəsinin sədri Təzəxan Məmmədov bu il keçiriləcək bələdiyyə seçkilərində də iştirak edir. Özü Badamdar bələdiyyəsi üzrə qızı isə Səbail bələdiyyəsi üzrə namizəddilər. Bu keçiriləcək seçkilərdə bələdiyyə sədri narahatçılığını biruzə verməsədə. Təbliğat təşviqat kampaniyası zamanı əhali görüşlərə gəlmidiyi məlum olmuşdur. Belə ki, ötən illərdə onun fəaliyyəti heç də qənaətbəxş hesab etmək olmadığına görə seçicilər daha onu bələdiyyə sədri görmək istəmirlər.

Bu günə qədər adı müxtəlif qalmaqallarda hallanan bələdiyyə sədri Səbail rayonunda uzun illərdir “makler” torpaq alqı-satqısı ilə məşgul olan kimi tanınıb.

Onu əvvəldən tanıyanlar yaxşı bilir ki, Təzəxan Məmmədov rayonda sözün əsl mənasında vaxtilə Badamdar ərazisində boş əraziləri “saxta sənədlər”lə satışını həyata keçirdiyi iddia olunur. Hələ bu azmış kimi satdığı torpaqların ev və obyekt tikilməsində də vasitəçi olub.

Həmçinin bələdiyyələrinin büdcə daxilolmalarının həcmi gizlədildiyi də iddia edilir. Səbail rayonu, Badamdar qəsəbə sakinlərindən alınan məlumatlara əsasən bələdiyyə sədri Təzəxan Məmmədov heç də bələdiyyə işləri ilə məşgül olmadığı bildirilir. Badamdar ərazisində biznesini genişləndirmək və inkişaf etdirmək üçün vasitəçi kimi fəal işlər görür deyə iddialar səsləndirilib.

XALQ.AZ-ın əldə etdiyi digər məlumat bildirir ki, Bələdiyyə sədri Təzaxan Məmmədov 7 saylı Səbail seçki dairəsi Badamdar bələdiyyəsi üzrə namizəddir qızı Vahidova Nəzrin Təzaxan qızı isə Səbail bələdiyyəsi üzrə namizədliyi irəli sürülüb.

Məsələ ilə bağlı əməkdaşımız Təzəxan Məmmədoval əlaqə saxlayıb. Bələdiyyə sədri qızının bələdiyyə seçkilərində namizəd olması barədə məlumatın olmamasını bildirdi, vətəndaşların isə səsləndirdiyi iddialara yalan olduğunu fəaliyyəti dövründə yaxşı işlədiyini qeyd etdi.

Amma araşdırmalarımız zamanı MSK-nın rəsmi məlumatında Vahidova Nəzrin Təzaxan qızı bələdiyyə seçkilərində namizəd kimi qeydə alınıb. Lakin təbliğat təşviqat kampaniyasında həmçinin seçicilərlə görüşlərdə belə iştirak etmir.

Ümid edirik, 29 sentyabrda keçiriləcək bələdiyyə seçkilərində ən layiqli namizədlər qalib olacaq.( XALQ.AZ)

Araşdırmalarımız davam etdirəcəyik .

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir