kanal1

Ramana-Maştağa yolunu "yedilər" - Zaur Mikayılov 8 milyonu hara xərclədi? VİDEO+FOTOLAR

Tarix:Dünən, 09:04
Baxış Sayı:0



Sabunçu rayonu, Ramana qəsəbəsinin əsas magistral yolu qəzalı vəziyyətə düşüb. 2016-cı ildə salınan Ramana-Maştağa avtomobil yolunun (Firidun bəy Köçərli küçəsi) böyük bir hissəsi 2022-ci ildə "Azərsu" tərəfindən sıradan çıxarılıb. Bu qurumun Ramananın su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün tenderdə qalib edərək 8,2 milyon manat ödədəyi “Arko Təmir Tikinti Şirkəti" nəinki əraziyə kanalizasiya xəttini çəkməyib, su xətti üçün asfalt örtüyünü də qazaraq bərbad hala salıb və bərpa işləri aparmayıb.

Sitat.info olaraq, sakinlərin şikayəti üzərinə əraziyə baş çəkdik və asfalt örtüyünün böyük bir hissəsinin qazılaraq, yararsız hala salındığını müşahidə etdik. Yağış və qrunt suları da yoldakı boşluqlara dolduğundan böyük gölməçələr yaranmışdı. Qazılarkən məqsəd həm də kanalizasiya sisteminin çəkilməsi olsa da, bu məsələ tamamilə gündəlikdən çıxarılıb. Hazırda qəsəbədə ümumiyyətlə kanalizasiya xətti yoxdur.
Qeyd edək ki, bu işləri “Arko Təmir Tikinti Şirkəti” MMC aparıb. Belə ki, şirkət 2022-ci ildə Ramana qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması üçün 8 202 558 manatlıq tenderi qazanıb.

Həmin ildə qəsəbəyə su çəkilib, kanalizasiya xətlərinin pulu “yeyilərkən” yolun müxtəlif hissələrindən asfalt örtük kəsilib, lakin sonradan əsaslı bərpa əvəzinə yülgülvari yamaq vurulub. Hazırda magistralın kənarları elə bərbad vəziyyətdədir ki, nəqliyyat hərəkət edə bilmir və yol daralıb.

Qısacası, uzunluğu 11 kilometr olan, 2016-cı ildə tikintisinə 2,5 milyon manat ayrılan avtomobil yolu cəmi 6 il sonra sıradan çıxarılıb. Halbuki sakinlər, zamanında Azəravtoyol tərəfindən magistral yolun asfalt örtüyünün yüksək səviyyədə çəkildiyini deyirlər. Bu asfalt örtüyü çəkilən zaman kanalizasiya da sistemi ümumiyyətlə çəkilməyib.

Xatırladaq ki, 2016-cı ilin dekabrın 8-də əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun açılışında Prezident İlham Əliyev iştirak edib. Cəmi 6 il sonra "Azərsu" 8 milyon vəsaitlə sadəcə su xətti çəkmək üçün yolları məhv etməklə qalmayıb, vəsaitin böyük bir hissəsini havaya sovurub, tenderdə nəzərdə tutulan kanalizasiya sistemini də tamamilə siyahıdan çıxarıb.

Məsələ ilə bağlı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğluna mayın 17-də sorğu ünvanladıq. 20 gündən artıqdır ki, suallarımıza cavab ala bilmirik.

İlk reportajdan bir neçə gün sonra aidiyyatı qurum əraziyə gələrək, təqribən 10 metrlik ərazini asfaltlayıblar. Sakinlər bildirirlər ki, ADSEA-nın su xətti üçün qazıb bərbad hala saldıqları yüzmetrlərlə yolu görməzdən gəliblər. Görüntü xatirinə bir qədər ərazidə görünüb, 5-10 metr asfaltlama işi aparıb, işlərini bitmiş hesab ediblər. Bir sözlə gözə kül üfürməyə çalışırlar.

8 milyonluq layihənin icrası, tenderin keçirilməsi, su xəttinin çəkilməsi, kanalizasiya xətti üçün ayrılan vəsaitlərin mənimsənilməsi, dağıdılmış yolun bərpasına ayrılan vəsaitin böyük bir hissəsinin “yeyilməsi” 2023-cü ilin martında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi rəhbəri təyin edilən Zaur Mikayalovun rəhbərliyi dövrünə təsadüf edir.

Çünki su xəttinin çəkilməsi prosesi isə 2023-cü ilin ikinci yarısında ayında aparılıb. Belə ki, 2 oktyabr 2023-cü ildə bu haqda Sabunçu RİH-in saytında bu barədə xəbər dərc olunub. Maraqlısı budur ki, xəbərdə yalnız su xəttindən bəhs edilir. Göründür kanalizasiya məsələsi ümumiyyətlə gündəmdən çıxarılıb.

Bu mövzuda artıq ikinci araşdırmamız dərc olunur. Ümid edirik ki, Dövlət Agentliyi 8 milyon manatın haraya xərcləndiyi barədə sorğumuza detallı və əsaslandırılmış şəkildə cavab verər.

Məğrur Salmanov,

Sitat.info
My Webpage

Rusiya və Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi baş tutub
Rusiya və Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi baş tutub
Suraxanı qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar -İLGİNC FAKTLAR
Suraxanı qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar -İLGİNC FAKTLAR
25 illik deputatı Məlahət İbrahimqızının "QHT biznesi" -sensasion ittihamlar
25 illik deputatı Məlahət İbrahimqızının "QHT biznesi" -sensasion ittihamlar
Sumqayıtda Torpaq Mənimsəməsi: Şəxsi Mülkiyyət Təhlükə Altındadır
Sumqayıtda Torpaq Mənimsəməsi: Şəxsi Mülkiyyət Təhlükə Altındadır
Dərya qarpızdan zəhərlənməyib - Rəsmi
Dərya qarpızdan zəhərlənməyib - Rəsmi
“İrşad”dan ŞİKAYƏT – “Satdıqları “İphone 15 Pro”nu təmir edir, nə də dəyişirlər”
“İrşad”dan ŞİKAYƏT – “Satdıqları “İphone 15 Pro”nu təmir edir, nə də dəyişirlər”
DTX-nın həbs etdiyi keçmiş icra başçısı barədə qərar verildi
DTX-nın həbs etdiyi keçmiş icra başçısı barədə qərar verildi
Məşğulluq Agentliyi özünə umac ova bilməyən “BİS CO” MMC-yə əriştə kəsdirir –Milyonlarla manata
Məşğulluq Agentliyi özünə umac ova bilməyən “BİS CO” MMC-yə əriştə kəsdirir –Milyonlarla manata