Qazax rayon İcra Hakimiyyəti Başçısının I müavini oğluna 120 min dollarlıq "Land Cruiser"aldı başlıqlı yazılar dərc edilməkdə davam edir.
Təəssüflər olsun ki, son zamanlar həmkarlarım arasında da hər hansı bir məmurun işinə, gördüyü xeyirxah əməllərə ləkə gətirəcək yazılara tez-tez rast gəlirik.
Doğrusu, belə olduğu halda açıq aydın görmək olur ki, bir çox sahələrdə olduğu kimi jurnalistika sahəsində də bügünkü vəziyyət heç də xoşagələn deyil. Və belələrinə qarşı mübarizə aparmaq, onların hədəf seçdiyi məmur elitasına qarşı fikir bildirmək məsuliyyətini hər zaman olduğu kimi bu gün də bir yazar kimi öz üzərimə götürmüşəm.
Və onu da səmimi qeyd edim ki, hazırkı günə kimi şəhid ailələrinə, qazilərimizə,veteranlara hər zaman dəstək olan bir insan haqqında neqativ fikir bildirilməsi bir yazar olaraq məni məyus etdi.
Mən tam əminliklə deyə bilərəm ki, Məmməd Alıyev haqqında söylənilənlər öz təsdiqini tapmayan, hətta, öz təsdiqini tapsa belə heç bir məntiqi mənası olmayan necə deyərlər, bu haqda məlumat yayan insanın şəxsi mənafeyi uğruna qələmə alınan sözlərdir.
Son zamanlar sosial şəbəkələrdə bu insan haqqında yayımlanan yazılar mən deyərdim ki, şantaj xarakteri daşıyır.
Qazax rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Mımməd Alıyev bəzi vəzifə sahiblərindən fərqli olaraq oliqarx məmur deyil, sadə həyat tərzi keçirən,hər kəsin xeyrinə-şərinə yarayan bir şəxsdir. Əldə etdiyimiz məlumatlara görə, o, bir çoxları kimi hansısa vəzifəyə sahib olmaq uğrunda mübarizə aparmayıb, məhz ona daşıdığı vəzifəsi həvalə olunub. Bu da adı çəkilən vəzifə sahibinə rəhbərliyin bəslədiyi münasibətdən irəli gələn addımdır. Odur ki, bu şəxs haqqında şər-böhtan yazmaq, barəsində əsassız açıqlamalar dərc etdirmək əslində heç bir qanuna sığmır.
Həmçinin, belə bir şəxsin məmur nüfuzuna xələl gətirməyə çalışmaq, heç bir fakta, sübuta əsaslanmadan şantaj xarakterli məlumatlar yaymaq və s. onu sübut edir ki, məqalə müəllifləri çirkin məqsədlərə xidmət edirlər. Apardığımız araşdırma zamanı o da məlum oldu ki, əsassız açıqlamalar dərc edən bəzi saytlar bir çox vəzifə sahiblərinin sifarişlərini yerinə yetirir, amma onu dərk etmirlər ki, onlar heç də uzağa gedə bilməyəcəklər.
Məmməd Alıyevin
daşıdığı vəzifə, heç də sıradan bir vəzifə deyil. Açıq şəkildə qeyd edək ki, gördüyü işlərlə, rəhbərliyin etimad və etibarını qazanan, həyata keçirdiyi idarəçiliyi bəlkə də çoxlarına örnək olan bu şəxslə bağlı tənqidi açıqlamalar dərc etməzdən öncə fikirləşmək lazımdır ki, ağa ağ, qaraya qara demək lazımdır.