Prezident İlham Əliyevin ölkəmizdə sahibkarlığın və qeyri-neft sektorunun inkişafına böyük dəstək verdiyi, dövlətimiz tərəfindən sahibkarlara hər zaman qayğı ilə yanaşıldığı məlum reallıqlardan biridir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə sahibkarlıq sürətlə inkişaf etməkdə, habelə, qeyri-neft sektorunun ümumi iqtisadiyyatdakı payı dinamik şəkildə artmaqdadır.
Lakin təəssüflər olsun ki, ölkəmizdə dövlətimizin sahibkarlara yaratdığı bu imkandan sui-istifadə edən, sahibkar adına yaraşmayan qanunsuz əməllərə yol verənlərdə mövcuddur ki, bunlardan da biri Oqtay Əliyevdir.
Oqtay Əliyev qaragüruhçu kütlədən öz məqsədləri üçün necə istifadə edir? – Gədəbəy nümunəsi!
Oqtay Əliyevə məxsus qazanc üsullarından biri də onu ifşa edən, törətdiyi qanunsuzluqları gün işığına çıxaran və ya ona mane olan şəxsləri ətrafındakı qaragüruhçu kütlə, “şəhid ailəsi”, “qazi” adı altında gözdən salmaq, özünün haqlı olması ilə bağlı ictimai rəy formalaşdırmaq cəhdididr. Bu, Oqtay Əliyevlə Gədəbəy Rayon İcra Hakimiyyəti arasında yaşanan gərginlikdə özünü bir daha göstərdi. İnşa etdiyi qanunsuz tikintinin məhkəmə qərarı əsasında sökülməsinə etiraz edən Oqtay “mətbuat konfransları” təşkil edərək bura “hüquqları pozulan sahibkarlar” qismində yaxın adamlarını dəvət edib, icra hakimiyyətini gözdən salmağa çalışırdılar. Həmin vaxt Oqtay Əliyevlə bağlı məlumat yayan Gədəbəy Rayon İcra Hakimiyyəti onun qanunsuz əməllərini aşağıdakı açıqlama ilə ifşa etmişdir: “İndiyədək bəzi KİV-lərin səhifələrində rayon rəhbərliyi barədə dəfələrlə əsassız, böhtan və təxribat xarakterli iddialar irəli sürən Oqtay Əliyev oktyabrın 28-də öz iddialarını Bakıda keçirdiyi mətbuat konfransında bir daha səsləndirib. Guya ona məxsus obyektin qanunsuz olaraq sökülməsini və icra hakimiyyətinin məsul şəxslərinin ondan rüşvət tələb etdiyini iddia edib.
Bakı şəhər sakini, özünü sahibkar kimi təqdim edən Əliyev Oqtay İbrahim oğlu Gədəbəy rayon Meşə Mühafizə və Bərpası Müəssisəsinin Qalakənd meşəçiliyinin 21 və 22-ci kvartallarında ərazi icarəyə götürüb. Həmin icarə müqaviləsində ancaq yüngül konstruksiyalardan müvəqqəti obyektin tikintisinə icazə verildiyi halda bu şəxs heç bir rəsmi icazə olmadan, Nazirlər Kabinetinin 30 oktyabr, 1998-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrində elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatlarının ehtiyacları üçün istifadə qaydaları”nın 3-cü bəndinin tələblərini kobud şəkildə pozaraq və ərazinin flora-faunasını məhv edərək əsaslı tikinti işləri aparıb”. (https://teref.az/hadise/11414-gedebey-rayon-cra-hakimiyyeti-oqtay-eliyev-bohtan-atir.html )
Qondarma sahibkar Oqtay Əliyevə “iş adamı” adı niyə lazımdır və o, bu adla necə pul qazanır?
Oqtay Əliyevin “sahibkar” qılafı altında gizlənməsində məqsəd bu ad altında pərdələnmək, özünü cəmiyyətə, eləcə də dövlət qurumları və sahibkarlara daha ciddi bir şəxs kimi təqdim etməkdir. Məhz bu cür təqdimat Oqtay Əliyevə digər sahibkarlar və ya dövlət qurumları ilə etibarlı şəxs qismində münasibət qurmağa imkan verir. Bu yolla özünü qarşı tərəfə ciddi iş adamı kimi sırıyan Oqtay Əliyev, həmin qurum və ya şəxslərlə əməkdaşlıq haqqında müqavilələ imzalayır, üzərinə konkret öhdəliklər götürür. Əsl tamaşa da bundan sonra başlayır. Müqavilə əsasında hansısa müəssisə və ya obyekti icarəyə götürən Oqtay Əliyev həmin müəssisə və obyektdən pul qazansa da, üzərinə götürdüyü vacib mübahisəsiz hüquqi öhdəlikləri icra etmir, icarə pulunu ödəməkdən, habelə digər hüquqi öhdəliklərini yerinə yetirməkdən imtina edir. Belə olan halda iş məhkəməyə düşür ki, bu da Oqtay Əliyevə prosesi mümkün qədər uzatmağa, aylarla, bəzi hallarda isə illərlə davam edən məhkəmə çəkişmələri hesabına vaxt qazanmağa imkan verir. Bu müddət ərzində isə “iş adamı” icarəyə götürdüyü müəssisədən qeyri-qanuni külli miqdarda qanunsuz qazanc əldə edir, vergidən yayınır, həqiqi sahibkarların hüquqlarını pozur.
Sahibkar büdcəsi ilə yanaşı, dövlət büdcəsinə vurulan zərbə…
Oqtay Əliyevin müxtəlif sahibkarlara məxsus hazır obyektlərə icarədar adı ilə əl qoyması və sonrakı mərhələdə onları aldatması həqiqi sahibkarları müflis etməklə yanaşı, dövlət büdcəsinə də zərbə vurur. Belə ki, Oqtay Əliyev əldə etdiyi qazancdan dövlət bücəsinə ya ümumiyyətlə heç bir vəsait ödəmir, ya da bu vəsaitin miqdarı əslində olması gərəkəndən bir neçə dəfə az olur. Başqa sözlə desək, qondarma “iş adamı” əsl sahibkarlarla yanaşı, dövlət büdcəsinə də “atır”, dövlətin qanuni vergisini verməkdən həmişə yayınır. Bununla da, dövlət qanunlarını saymadan, “reketlik” yolu ilə dövlət büdcəsinə məqsədli şəkildə ziyan vurur.
Məlumat üçün qeyd edək ki, hazırda Oqtay Əliyevin bir sıra sahibkar və dövlət qurumları ilə məhkəmə çəkişmələri mövcud olsa da, qondarma sahibkar hələ də öz layiqli cəzasını almayıb və cəzasızlığından istifadə edərək yeni sahibkarlar “ovlamaqda” davam edir. Onu da qeyd edək ki, Oqtay Əliyevin qardaşı cari ilin fevral ayında Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələrində təqsirli bilinərək 7 il altı ay müddətinə azadlıqdan məhrum edilib. Görünən odur ki, hazırda onun bütün bu işlərini azadlıqdakı qardaşı Oqtay Əliyev davam etdirir.
Növbəti yazılarımızda:
Oqtay Əliyevin son bir ildə qanunsuz olaraq ələ keçirdiyi obyektlər hansılardır?
Oqtay Əliyev öz qurbanlarını ovsulamaq üçün hansı üsulalrdan və kimlərin adından istifadə edir?(teref.az)