kanal1

“Yasamal İH bu işləri görməyəcəksə, pulları havaya sovurmasın…” – Sakinlərdən etiraz

Tarix:Dünən, 09:38
Baxış Sayı:0

Yasamal rayon sakinlərinin səki problemi bitmək bilmir. Səkilər ya qanunsuz aparılan tikililər səbəbindən zəbt edilir, ya da meyvə-tərəvəz satışı üçün piştaxta rolunu oynayır.

Bu problemdən əziyyət çəkən sakinlərdən biri Əlizadə Asi məsələni sosial şəbəkələrdə işıqlandırıb. O bildirib ki, piyadaların ən çox istifadə etdiyi yerlərdə satıcıların yaratdığı problem səbəbindən hərəkət etmək mümkün deyil:

“Bura “İnşaatçılar” metrosunun “Bizim marketə” tərəf olan çıxışıdır. Buradan bu caamat necə keçsin? Çörək qazanırsız, lap yaxsı. Amma adam özündən başqalarını da düşünər. Bu küçə ticarətini bir nizama salmaq lazımdır. Niyə buna nəzarət edən yoxdur? Sürücülər maşın saxlayanda cərimə edirlər. Bəs niyə bu səkiləri, hərəkətin intensiv olduğu yerləri zəbt edənlərə qarşı bir tədbir görən yoxdur?
Buradan keçməyə yol yoxdur. Ancaq bunun qarşısını almaq üçün heç kim çalışmır”.

Yasamal rayonundakı qanunsuz tikililər və səkilərin zəbtini tez-tez ictimailəşdirən ictimai fəal Fimar Asimqızı da bildirib ki, Yasamalda zəbt edilmiş səkilər boşaldılmayınca heç nə düzələn deyil:

“Allahın belə yadından çıxan küçəmiz nəhayət ki, Yasamal rayon İcra Hakimiyyətinin yadına düşüb. Bəri başdan yazım ki, olmayan yerlərdə səki düzəltməyi unutmasınlar. Zəbt olunmuş səkiləri azad etsinlər və küçə boyu səpələnmiş 20-25 maşın təmiri yerlərini bağlatmayacaqlarsa, heç olmasa sayını azaltmayacaqlarsa, filan qədər pulu havaya sovurmasınlar”.(Tribunainfo.az)

Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?
Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?
Prezidentdən uşaqlarla bağlı paylaşım - Video
Prezidentdən uşaqlarla bağlı paylaşım - Video
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Astara Gömrük İdarəsinin təhqiqatçısına hökm oxundu -SƏBƏB
Astara Gömrük İdarəsinin təhqiqatçısına hökm oxundu -SƏBƏB
Saleh Səmədov haqqında məhkəmə Qərarı-Vergidən yayınmaya görə həbs olundu
Saleh Səmədov haqqında məhkəmə Qərarı-Vergidən yayınmaya görə həbs olundu
Əmrullayevin QURBANLIQ DİREKTORLARI... - NƏ BAŞ VERİR?
Əmrullayevin QURBANLIQ DİREKTORLARI... - NƏ BAŞ VERİR?
Qaxın da öz TENDERYEYƏNİ VAR... -