kanal1

Suraxanıda qanunsuz tikili qalmaqal yaratdı-VİDEO

Tarix:Dünən, 17:32
Baxış Sayı:23


Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlala Qurbanov küçəsi 146 ünvanında aparılan tikinti işləri yerli sakinlərin haqlı narahatlığına səbəb olub. Məlumata görə, sözügedən ərazidə heç bir rəsmi elan, layihə pasportu, tikintiyə dair məlumatlandırıcı lövhə olmadan inşaat işləri həyata keçirilir.
Sakinləri narazı salan, gediş-gəlişi çətinləşdirən, boş əraziləri zəbt edən bu cür qanunsuz tikililər son günlər Suraxanı rayonunda artmaqdadır. Sakinlər bildirib ki, sözügedən ünvanda aparılan tikintinin kim tərəfindən və hansı əsasla aparıldığı məlum deyil. Heç ortada tikinti ilə bağlı rəsmi açıqlama da yoxdur. Ərazidə yaşayan sakinlər isə bildirirlər ki, dəfələrlə müxtəlif instansiyalara məlumat versələr də, heç bir tədbir görülməyib.

Sakinləri narazı salan tikinti ilə nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, nə Suraxanı rayon İcra Hakimiyyəti, nə də Fövqəladə Hallar Nazirliyi maraqlanır.

Sakinlər bildirib ki, bu qədər açıq-aşkar aparılan və hər kəsin görə biləcəyi bir tikinti prosesinə niyə aidiyyəti dövlət qurumları səssiz qalır? Nə üçün bu prosesə hüquqi qiymət verilmir? Əgər tikinti qanunsuz deyilsə, ictimaiyyətə bu barədə niyə məlumat verilmir? Tikinti aparılan yerdə, heç bir təhlükəsizlik tədbiri görülmür, heç bir məlumat hövhəsi yerləşdirilməyib. Üstəlik tikinti aparılan ərazidə ağaclar da var ki, onların da məhv edilmə ehtimalı yüksəkdir. Bir ərazidə sakinlərin gözü önündə bir necə qanun pozuntusu – qanunsuz tikinti, ərazilərin zəbti, nəzarətsizlik və yaşıllıqların məhv edilməsi halları eyni anda baş verir. Ancaq bu qədər qanunsuzluğun baş verdiyi ərazi heç bir dövlət qurumunun diqqətini çəkmir.
Sakinlər onları narahat edən bu məsələ ilə bağlı rayonun icra başçısı Adil Əliyevə şikayət məktubu ünvanladıqlarını da bildiriblər. Ancaq edilən müraciətlərə heç bir reaksiya verilməyib.

Mövzunu diqqətdə saxlayacağıq.

Aparılan tikinti ilə bağlı yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.(tribunainfo.az)

Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
“Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
Avstriyanın Prezidenti İlham Əliyevi Azərbaycanın milli bayramı münasibətilə təbrik edib
Avstriyanın Prezidenti İlham Əliyevi Azərbaycanın milli bayramı münasibətilə təbrik edib
XIRDALANDA QANUNSUZ TİKİLİYƏ KİM İCAZƏ VERİB? – Vüqar Sədbiyəli hər yerdə Kəmaləddin Heydərovun adını çəkir, amma...-DE-FAKTO
XIRDALANDA QANUNSUZ TİKİLİYƏ KİM İCAZƏ VERİB? – Vüqar Sədbiyəli hər yerdə Kəmaləddin Heydərovun adını çəkir, amma...-DE-FAKTO
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri başlayıb
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri başlayıb
Təbrik şadlıq sarayı toyda yararsız qida verilir?-Video
Təbrik şadlıq sarayı toyda yararsız qida verilir?-Video