kanal1

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA

Tarix:30-04-2025, 16:42
Baxış Sayı:62


Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yazıma Cabir Novruzun şeirindən bir misrası ilə başlamağım heç də təsadüfi deyil. Və etiraf edim ki, bu şeir Cabir Novruzun ən çox sevdiyim şeiridir.
Müdrik bir kəlamda deyildiyi kimi insan dünyaya gələrkən onun ruhu və zəkası bəyaz lövhənin əksinə bənzəyir. Böyüyüb, yetkinləşərək, kamala çatdıqca aldığı elm onun mənəviyyatına ziya saçır. Ziyalılar üstün təbəqənin nümayəndələridir.
Zaman keçdikcə həyat dəyişir, insan şüuru sürətlə zirvələrə doğru yol açır. Yurdumuz, vətənimiz yetirdiyi xeyirxah, ziyalı insanların nurunda inkişafa doğru irəlilədikcə, biz yazarlar ilham alır, onların həyat və fəaliyyətini işıqlandırmaq arzusunu reallığa çeviririk.
Elə mən də bir yazar olaraq yazımın əsas qəhrəmanının şərəfli ömür yolunu, fəaliyyətini, xeyirxah əməllərini işıqlandırmaq məqsədilə yola çıxdım.
Haqqında qələmə alacağım insan sözün həqiqi mənasında imkansızlara qol-qanad olan, şərəfli və xalqına gərəkli ömür yaşayan insan Sumqayıt şəhər Ordubad Marketin rəhbəri Taleh Əfrasiyaboğludur.
Şərəfli həyat yolu keçən, vətəninə, xalqına, torpağına bağlı bir insan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil azərbaycanlıdır. Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Taleh müəllimin sözünün əvvəli-axırı insandır. İnsanın dərdi, kamilliyi, qəhrəmanlığı, naqisliyi, nadanlığıdır. Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı, deyir Taleh müəllim. 
Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir. 
Taleh Əfrasiyyaboğlu ona müraciət edən insanların hər zaman sözünü səbrlə dinləyir, ona müraciət edən hər kəsə əlindən gələn köməkliyi göstərir, heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır. 
Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Taleh Əfrasiyyaboğlunda var.
Heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir.
Bəli, ona müraciət edən hər kəsə doğma insanı kimi münasibət bəsləyən Taleh Əfrasiyyaboğlu onların hər birinə qayğı ilə yanaşır, səmimi rəftar edir. O, sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçib, zaman dəyişsə də Taleh müəllim dəyişməz qalır.
Taleh Əfrasiyyaboğlunun ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmaz, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Ən əsas xüsusiyyəti isə dəqiqliyi, qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa ağ, qaraya qara demək lazımdır, yalan məlumatlar cəmiyyətə, insanlara və gələcək nəsillərə zərər gətirər, deyə tövsiyyə edir. Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Taleh Əfrasiyyaboğlunun Əsgərovun dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması, etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi, heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir.
Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından fəaliyyətinin bütün dövrlərində özünün yüksək milli-ictimai şüuru, mədəniyyəti, yüksək prinsipiallığı, heyrətləndirici əmək qabiliyyəti, böyük analitik düşüncəsi, sadəliyi, təvazökarlığı və son dərəcə humanistliyi ilə fərqlənən bu dəyərli insana-Taleh Əfrasiyaboğluna sağlıqlı uzun ömür arzulayır, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi fəaliyyətində uğurlar arzulayıram.
Şərəfli fəaliyyətiniz, ləyaqətli ömrünüz uzunömürlü, davamlı olsun, Taleh müəllim!

İDDİA! “SOCAR" YDM-də benzin doldurulan avtomobil istifadəyə yararsız hala düşüb - İDDİA
İDDİA! “SOCAR" YDM-də benzin doldurulan avtomobil istifadəyə yararsız hala düşüb - İDDİA
201 saylı məktəbin direktoru müəllimi zavuça qarşı durmağa məcbur edir! -AUDİO YAZI
201 saylı məktəbin direktoru müəllimi zavuça qarşı durmağa məcbur edir! -AUDİO YAZI
Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
İki Cəbrayılovun dağıtdığı BİR RAYON - AXI NİYƏ?..
İki Cəbrayılovun dağıtdığı BİR RAYON - AXI NİYƏ?..
AMF rəsmisi: "Dünya çempionatının Azərbaycanın adına layiq səviyyədə keçməsini istəyirik"
AMF rəsmisi: "Dünya çempionatının Azərbaycanın adına layiq səviyyədə keçməsini istəyirik"
Nigar Rəhimova qazini polisə verdi -SƏBƏB
Nigar Rəhimova qazini polisə verdi -SƏBƏB
SSRİ bayrağına görə oğlu da işdən qovuldu
SSRİ bayrağına görə oğlu da işdən qovuldu
Suraxanıda qanunsuz tikili qalmaqal yaratdı-VİDEO
Suraxanıda qanunsuz tikili qalmaqal yaratdı-VİDEO