kanal1

"Səhliyalı"Kiçik_Müəssisəsinin Məhsullarının illərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?

Tarix:4-04-2025, 16:58
Baxış Sayı:63


Məmurların, iş adamlarının, vətəndaşların, təhqir, şantaj olunması, işgüzar nüfuzlarına xələl gətirilməsi,eləcə də sifarişli yazılarla bağlı problemlə qarşılaşan şəxslərin hüquqlarının qorunması üçün xüsusi diqqət ayrılması vacibdir.Kamran Əliyev,
Azərbaycan Respublikasının Baş prokuroru
Uca Allah buyurur: "Allah yenilməz qüvvət,intiqam sahibidir!" (Ali İmran, 4)
Hər hansı bir insana şər-böhtan atılanda bunun qarşısını almalı,yoxsa, Allaha həvalə etməliyik?
Qurani Kərimdə böhtan atmaq ən böyük günahlardan sayılır:"Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər,adıını ləkələməyə çalışanlar, şübhəsiz ki,öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər! "(əl-Əhzab,38)
Və hər kəs ki, bir xəta və ya günah edib, onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar, yəni, günah üstündən günah qazanar".Əl Nisa,112)
Deməli, böhtanın qarşısını almaq üçün böhtan atan şəxsə gözəl bir şəkildə nəsihət etməli, onu bu yoldan çəkindirmək lazımdır. Əgər həmin şəxsi tanımırsınızsa, dua edərək səbr edib, Uca Rəbbimizin öhdəsinə buraxmaq lazımdır.Bir sözlə şəriətin ümumi qaydasına görə ittiham edən tərəf öz ittihamına sübut gətirməlidir.
Dəyərli oxucu!
Bugünkü mövzumuz məhz hər zaman dadı, ləzzəti, təmizliyi və ən əsası da keyfiyyəti ilə seçilən "Səhliyalı"Kiçik-Müəssisəsinin məhsullarının keyfiyyətinə xələl gətirənlərlə bağlıdır. Və bu yazımı oxuyan vicdanlı hər kəs məntiqli düşünərək təsdiq edə bilər ki, bu, əslində şər-böhtan xarakteri daşıyır.
Buyurun, bir çox nüanslara fikir verin, dəyərli oxucu..."Səhliyalı"Kiçik-Müəssisəsinə
Hacı Bəxtiyar adlı bir şəxs rəhbərlik edir.
Bu dəyərli el ağsaqqalını tanıyan tanıyır, tanımayanların da qulağı bizdə olsun.
Atalar yaxşı deyiblər: Xeyirxah insanlar qocalmır!
Azərbaycanda ağsaqqal sözünə tarixən hörmət və ehtiramla yanaşılıb.Xalqımızın mentalitetində ağsaqqal sözü,məsləhəti, xeyir-duası ,sözün əsl mənasında, həmişə xüsusi önəm kəsb edib.
Ən böyük düşmənçilik belə bir kəlmə ağsaqqal sözü ilə dostluğa çevrilərmiş.Hətta, qan da yatırılırmış ağsaqqal kəlməsilə...Həyatın ən çətin anlarında da, ən xoş günlərində də keçərli olduğu üçün ağsaqqal sözünə, məsləhətinə zəruri ehtiyac yaranıb.
Milli adət-ənənələrimizin qoruyucusu və daşıyıcısı olan ağsaqqallar öz müdrik məsləhətləri ilə gənclərimizə daim düzgün yol göstərib, onların tərbiyəsinin keşiyində dayanıblar. Deyilən tutarlı söz, məqamında verilən ağıllı məsləhət insanların köməyinə çatıb, dayağında durub.Qeyd edilib ki, bütün dövrlərdə olduğu kimi, müstəqillik dönəmində də ağsaqqallarımız xalqın ön cərgəsində addımlayıb, öz xeyirxahlıq missiyalarını fədakarlıqla yerinə yetiriblər. Bu gün dəyərli ağsaqqallar, ziyalılar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, vətənimizin tərəqqisi, yüksəlişi üçün əllərindən gələni əsirgəmirlər. Onlar, xüsusilə, yeniyetmə və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyəsində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolunun daha da artdığının hər birimiz şahidiyik. Ümummilli lider Heydər Əliyev ağsaqqallara daim dərin ehtiram bəsləyib, möhkəm inamla güvənib və qayğı ilə yanaşıb.Təsadüfi deyildir ki, cəmiyyət arasında onların rolu və fəaliyyəti hər zaman geniş şəkildə təmin olunub. Sevindirici haldır ki, hazırda bu gözəl ənənə Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Son illər ərzində sosial şəbəkələrdə halallıq keyfiyyətini, öz təbii dadını, halallığını qoruyub saxlayan "Səhliyalı"Kiçik-Müəssisəsinin məhsulları haqqında yazılan "Səhliyalı" kolbasası-siçan nəcisi!-
başlıqlı qərəzli və böhtan xarakterli neqativ yazıya yəqin çoxlarınız rast gəlmisiz.Həmin başlıq altında yazılan yazını oxuyan hər ilkəs mövzunun köhnəlmiş olduğunu bildirəcək. Bəli,sizinlə razıyam:Bu mövzu nəinki köhnəlmiş,eyni zamanda şantaj xarakteri daşıdığını da bilirəm.Bunu nəinki mən,hətta,qəlbində Allah sevgisi qorxusu olan hər kəs təsdiq edə bilər. Bu mövzuya toxunmağım təsadüfi deyil.Marketlərin birində kolbasa seçimi edən bir şəxsinsatıcı ilə dialoqu marağımı çəkdi: tanınmış firmaların məhsullarını əlinə alaraq bir-bir haqqında sosial şəbəkələrdə yazılanları sanki təsdiqlətmək və yaxud da insanları iyrəndirmək,düşmənçilik mövqeyi daşıyır,desəm,daha məntiqəuyğun olar.
Doğrusu, mən bir yazar olaraq hər zaman dəyərli insanların işinə xələl gətirəcək hər hansı bir yazı, video çəkiliş görəndə hər zaman haqlı olaraq mövqeyimi bildirmişəm.Bu gün yerlərdə elə məmurlar, elə üzdəniraq insanlar, rəhbərlər var ki, görülən işlərə öz çirkin əməlləri ilə kölgə salır, insanları incidir, haqsızlıq edir.Və belələrinə qarşı mübarizə aparmaq, onların hədəf seçdiyi məmur elitasına qarşı fikir bildirmək məsuliyyətini bu gün bir yazar olaraq öz üzərimə götürməyi özümə borc bildim.Doğrusu bu gün sosial şəbəkələrdə haqqında rast gəlinən həmin məmurlardan biri olan hər kəsin yaxşı tanıdığı, 44 günlük İkinci Vətən müharibəsində arxa cəbhədə öz dəstəyini yüksək dərəcədə göstərən, müharibə zamanı səngərdə olan əsgər ailələrinin yanında olan, hazırkı günə kimi şəhid ailələrinə, qazilərimizə hər zaman dəstək olan bir insan haqqında neqativ fikir bildirilməsi bir yazar olaraq məni məyus etdi.O insanı siz də tanıyırsınız dəyərli İctimailider.az oxucuları.Biz bir mətbu orqanı olaraq hər əlamətdar günlərdə bu dəyərli insan haqqında səhifələrimizdə yer ayırmışıq. Axı,nə üçün yaxşıları tanıtdırmayaq?! Mənim fikrimcə, bu dünyanı gözəllik deyil,insanlıq, xeyirxahlıq xilas edə bilər. Bu gün narahat dünyamızın belə xeyirxah,mərd insanlara ehtiyacı böyükdür.Elə insanlar var ki, mənalı ömür yolu, ziyası, xeyirxahlığı və nuru ilə yüzlərlə qəlbi işıqlandırır.Gəlimli-gedimli, son ucu ölümlü dünyada hər kəs Uca Tanrıdan ona bəxş olunan ömür payını yaşayır. Şərəfli ömür yolu isə tək-tək insanlara nəsib olur. O, böyük dünyagörüşə, hərtərəfli biliyə, dərin zəkaya və geniş ürəyə malik olan, xeyirxahlığı və səmimiyyəti, cəsarəti və sarsılmaz qətiyyəti, insanpərvərliyi ilə özünə əbədiyyət qazanan insandır.
Onun üzündə, çöhrəsində bir xeyirxahlıq nuru var.
Mən heç düşünmədən deyərdim ki, onun ürəyi də siması kimi xeyirxahlıqla vurur.Hacı Bəxtiyar müəllimin qəti sözü, aydın fikri, düz yolu, güclü məntiqi, təmənnasız xeyirxahlığı bir çoxlarına örnəkdir.Adı şərəfli insanlarla bir sırada çəkilən Hacı Bəxtiyar müəllim haqqında söz demək şərəfinə nail olmaq özü bir xoşbəxtlikdir.Mən deyərdim ki, haqqında qələmə aldığım şəxs nəinki rəhbəri olduğu şirkətin, eyni zamanda onu tanıyan hər kəsin sevimlisidir. Bəli, o, həqiqətən mərd, dürüst olan insanlara qəlbən bağlı olan həssas xasiyyətli səmimi insandır.Bu gün bir çoxlarına gərəkli, örnək ömür yaşayan Hacı Bəxtiyar Bəşirov kimi ağsaqqallrımız,xeyirxah insanlarımız təəssüflər olsun ki,azlıq təşkil edir.O, son dərəcə həssas, sadə və səmimi insandır. Nə yaxşı ki, bu gün cəmiyyətimizdə az da olsa rəhbərlik etdiyi kollektivin sevgisini qazanan xeyirxah insanlar var və onların əkdiyi yaxşılıq toxumları insanların qəlbində zaman-zaman cücərir, yeni pöhrələr verir. Onlar hiss edir ki, insan bu dünyaya yaşamaq, yaratmaq və yaxşı ad qoymaq üçün gəlmişdir.Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından mənalı və zəngin, fəxr ediləsi, öyünüləsi ömür yolu olan, çətin anlarda ona pənah aparan insanlara, şəhid ailələrinə, qazilərə qayğı göstərən, şakəri xeyirxah əməllər olan bu dəyərli insanı, Hacı Bəxtiyar Bəşirovu Müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, tutduğu orucun, etdiyi duaların,qıldığı namazın Allah dərgahında qəbul olmasını və bu dualardan elimizə, obamıza və hər birimizə pay düşməsini arzulayır,
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi məsuliyyət tələb edən çətin fəaliyyətində uğurlar arzulayıram.
Və dəyərli insanların təmiz adını ləkələmək istəyən hər kəsə, bütün qələm sahiblərinə
demək istəyirəm ki,dəqiqliyi, qərəzsizliyi, obyektivliyi sevin:-Ağa ağ, qaraya qara demək lazımdır, yalan, böhtan xarakterli məlumatlar cəmiyyətə, insanlara və gələcək nəsillərə zərər gətirər.

İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Azərbaycanda Milli Qurtuluş Günüdür
Azərbaycanda Milli Qurtuluş Günüdür
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!