kanal1

“İlk olaraq Məcnun Məmmədov məsuliyyətə cəlb edilməlidir...”

Tarix:4-04-2025, 13:36
Baxış Sayı:2


“Məcnun kənd təsərrüfatından anlamayan nə qədər adam varsa, hər birini yığıb nazirliyə”.

Bunu Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

O, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində keçirilən əməliyyatlar fonunda fikirlərini bildirərkən qeyd edib ki, ilk olaraq Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov məsuliyyətə cəlb edilməlidir.

“O, vaxtilə İsa Qəmbərin dondurma sexini işlədən və birbaşa olaraq dövlət başçısına xəyanət edən adam olub. Xatırlayanlar olacaq, köməkçi kimi özünə Azərbaycanı qəbul etməyən Nərmin adlı xanımı seçmişdi. Həmin şəxsin vəzifədən kənarlaşdırılmasını məhz mən təmin etdim. Bir sözlə, bu nazir yerini bilməyən adamdır. Çıxıb müsahibə verir ki, hamı quzu yemək istəyir, ona görə ət bahalaşıb. İndiki dövrdə kənd təsərrüfatı məhsullarının qiymətinin kəllə-çarxa çıxmasının başlıca səbəbi onun əsəridir”, – deyə o, əlavə edib.

H. Hacıyev söyləyib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatına böyük diqqət və qayğısı var, lakin, çox təəssüf ki, həmin nazirlikdə kənd təsərrüfatı üzrə mütəxəssis işləmir və nazirin heç bu işlərdən xəbəri yoxdur:

“Dəfələrlə demişəm, bu gün xalqın əsas tələbatı kənd təsərrüfatı məhsullarınadır. Kostyum alıb 2-3 il geyinmək olar, lakin çörək, ət, qatıq, xama yeməsən, süd içməsən, yaşaya bilməzsən. Qısacası, hazırda xalqın əsas narazılığı kənd təsərrüfatı məhsulları ilə bağlıdır. Kənd təsərrüfatı üzrə mütəxəssis olaraq rahatlıqla deyə bilərəm ki, hazırda hansı rayonda kartof, üzüm, taxıl əkilməli, hansı rayonlarda isə heyvandarlıq inkişaf etdirilməli olduğunu planlaşdıra bilmirlər. Bunları danışan zaman deyirlər ki, Hafiz Hacıyevin gözü kənd təsərrüfatı naziri olmaqdadır. Olsaq, nə olar? Xalqın çörəyi artar, ət 20 yox, 10 manat olar, məhsul istehsalı artar, hər kəs də razı qalar”.

MMP sədri əmindir ki, hələ orada çox oyunlar çıxacaq:

“Hələ məndə olan məlumatlara görə Məcnun kənd təsərrüfatından anlamayan nə qədər adam varsa, hər birini yığıb nazirliyə. Neft sənayesi üzrə ali təhsil alan biri necə bu sahəni bilsin?! İlk öncə qoyunla quzunu tanımaq lazımdır. Vaxtilə kənddə çoban da olmuşuq, mal da bəsləmişik, ərazi də sulamışıq. Burada gizlətməli heç nə yoxdur. Ölkəmiz kənd təsərrüfatı üçün ən yararlı torpaqlara sahibdir. Niyə xaricdən idxal edək?!”

“Əlqərəz, xalqı narazı salan Kənd Təsərrüfatı Nazirliyi ləğv edilməli, rəhbəri tutulmalı, yerində isə Kənd Təsərrüfatı üzrə Ərzaq, Təhlükəsizlik və Qida Təminatı Komitəsi yaradılmalıdır. Oraya isə həmin işlərdən başı çıxan, bizim kimi bu sahəni bilən adamlar gətirilməlidir ki, dövlətə xidmət etsinlər. Əgər kimsə mənimlə bu barədə polemika aparmağa razıdırsa, buyursun, hər zaman hazıram. Kiminsə bacısıdır, qardaşıdır, dostudur, tanışıdır baxmayacağıq, birmənalı olaraq heç kəsə dövlət başçısına xəyanət etməyə imkan verməyəcəyik!”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.(Yenicag.az)

Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
“AF BEACH HOTEL”də Aynur Dadayeva işçilərin maaşını vermir
“AF BEACH HOTEL”də Aynur Dadayeva işçilərin maaşını vermir