kanal1

"Sərin saray" şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlandı - FOTO

Tarix:6-03-2025, 11:55
Baxış Sayı:0


Bakının Nizami rayonu, Babək prospekti, 76 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Eldar Ağa Zəki oğlu Dadaşova məxsus "Sərin saray" şadlıq evində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçiriblər.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Məsələ ilə bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.




Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
“Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib - Bankdan götürülən pul ələ keçirilib
“Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib - Bankdan götürülən pul ələ keçirilib