kanal1

“Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib - Bankdan götürülən pul ələ keçirilib

Tarix:Bu gün, 15:13
Baxış Sayı:0


“Expressbank” ASC-nin Müşahidə Şurasının sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib. Əhəd Əliyev dələduzluqda təqsirləndirilən xalası oğlunun aldatdığı şəxsin bankdan kredit götürməsini asanlaşdıran göstəriş verib.

1974-cü il təvəllüdlü Şəmsi adlı şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Şəmsi özünü hüquq-mühafizə və məhkəmə strukturlarında geniş tanışlıq əlaqələrinə malik olan şəxs kimi təqdim edərək Tamirlan Həsənova qarşı 210 min manatlıq dələduzluq edib.

Razılığa əsasən təqsirləndirilən Şəmsi adlı şəxs Tamirlan Həsənovun qardaşı ilə arasında olan mülk davasını onun xeyrinə həll edəcəkmiş. Şəmsi məhkəmədə, prokurorluqda Tamirlan Həsənovun xeyrinə qərarlar çıxartdıracağını vəd edərək ondan 210 min manat pul alıb.

Şəmsi bu iş üçün lazım olan pulu Tamirlan Həsənovdan tələb edən zaman sonuncunun evini bankda girov qoyublar.

Təqsirləndirilən Şəmsi bu işi asanlaşdırmaq üçün “Expressbank” ASC-nin Müşahidə Şurasının sədri olan xalası oğlu Əhəd Əliyevə müraciət edib. 2022-ci ildə Əhəd Əliyevin göstərişi ilə bankın “Əhmədli” filialından Tamirlan Həsənova mənzilini girov qoymaq şərti ilə 178 min manat kredit ayrılıb. Tamirlan Həsənovun mənzili başqa bankda kreditdə olduğu halda bir neçə gün ərzində sənədləşmə işləri tamamlanıb və qeyd edilən məbləğ ayrılıb.

Zərərçəkmiş Tamirlan Həsənov bnkın sədri olan Əhəd Əliyevin göstərişi ilə ayrılan krediti də Şəmsiyə verib. Şəmsi aldığı pulları da ələ keçirib.

Bununla da Tamirlan Həsənova ümumilikdə 210 min manat zərər vurub.

Təqsirləndirilən Şəmsi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əhəd Əliyev 2019-cu ildən bankın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. Bundan əvvəl isə “Azenco Group” MMC-nin Müşahidə Şurasının sədri olub.

Əhəd Əliyev bir müddət əvvəl “Expressbank”dakı vəzifəsindən ayrılıb. Onu Mehman Məmmədov əvəz edib.

Musavat.com

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL