kanal1

Daha bir “saxta” həkim qalmaqalı – Rəhimə Atəş necə fizioterapevt olub?

Tarix:6-03-2025, 11:09
Baxış Sayı:0


Azərbaycanda təkcə plastik cərrahiyyə yox, demək olar, 90% tibbi ixtisaslarda saxta sertifikat və ya sertifikasiya olmadan həkim kimi çalışanlar çoxdur. Cumhuriyyet.фя “Medicina”-нф шыештфвэт xəbər verir ki, bu dəfə tanınmış fizioterapevt, böyük özəl klinikalarda fizioterapiya şöbəsində əsas həkim kimi çalışan, sonradan öz mərkəzini quran və populyar verilişlərdə reklam olunan Rəhimə Atəşdən gedir. Daha çox aparıcı Zaur Baxşəliyevin verilişində ekspert kimi iştirak edir.

Jurnalist Qənirə Ataş həkimə məxsus sənədləri yayıb. Rəhimə Atəşin Odlar Yurdu Universitetini biologiya üzrə bitirdiyi məlum olub. Rəhimə Ateş öz adına Fizioterapiya və Reabilitasiya Mərkəzində xəstələri qəbul edir. O, özü barədə məlumatlarda Türkiyə’nin İstanbul və Ankara şəhərlərində və nüfuzlu xəstəxanalarında, illərlə müşahidəçi həkim olaraq çalışdığını qeyd edib, Braxial plexsus və digər koordinasiya pozuntuları, uşaqlarda beyin iflici, iflicli xəstəliklər kimi sahələrdə uzmanlaşmışdır. (uzmanlaşmışdır sözünün hansı mənada işləndiyi bilinmir, uzmanlıq dərəcəsi üçün Türkiyədə təhsil aldığı yazılmayıb)


2010-2011-ci illərdə İstanbul Universiteti Çapa Tibb Fakültəsində təkmilləşmə kursu keçmişdir.
2015-ci ildə Darüşşafaka fizioterapiya və reabilitasiya mərkəzində təkmilləşmə kursu keçərək həmin mərkəzdə müşahidəçi həkim olaraq çalışmışdır.

O, bir müddət karyerasının başlanğıcında Şəmkir xəstəxanasında da işləyib.

Onun Azərbaycanda məhz həkim fizioterapevt kimi çalışmasına icazə verən xüsusi sertifikatın olmadlğı bildirilir.
Bu sənədin sahibi Azərbaycan Səhiyyə Nazirliyindən həkim-fizioterapevt kimi sertifikat alıb. O, digər tibb universiteti məzunları kimi tam ixtisaslı həkim sertifikatını necə əldə edib? Gəlin, onun təhsil yoluna nəzər salaq:

-2003-2008-ci ildə cü ildə Odalar Yurdu Universitetinə tibbi biologiya ixtisası üzrə bakalavr təhsil alıb.

Maraqlıdır ki, bir il sonra tibbi biologiya ixtisasını bitirən şəxs Şəmkir Rayon Xəstəxanasında həkim-fizioterapevt kimi internatura keçib. Saxtakarlığın ilk təməli elə burada qoyulub. Bu məlumat yayıldıqdan sonra, diplomun kimə məxsus olduğu öyrənməyə çalışdıq.

İddialara görə, bu diplomun sahibi Fizioterapiya və Reabilitasiya Mərkəzində çalışan, özünün sosial platmfora hesabında Dr. fizioterapevt və reabilitiloq kimi təqdim edən Rəhimə Atəşə məxsusdur. Bu məlumatı yayımlamadan öncə, xanım reabilitiloq Rəhimə xanım Atəşlə əlaqə saxlamağa çalışdıq. Artıq iki gündür Rəhimə Atəşin qəbul telefonu ilə köməkçisi ilə əlaqə saxlayaraq, onun da mövqeyini təqdim etmək istədik. Amma nə yazıq ki, hər zəngimizdə Rəhimə Atəşin köməkçisi “Rəhimə xanıma məlumat vermişik, sizinlə əlaqə saxlayacaq”-deyə cavab verdi.Amma nədənsə bu iki gün ərzində Rəhimə xanım Atəşlə əlaqə yaratmaq mümkün olmadı.

Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
“Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib - Bankdan götürülən pul ələ keçirilib
“Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib - Bankdan götürülən pul ələ keçirilib
Keçmiş əri Naibə Allahverdiyevanı döydü - Həbs edildi
Keçmiş əri Naibə Allahverdiyevanı döydü - Həbs edildi