kanal1

14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib - AÇIQLAMA, TƏFƏRRÜAT

Tarix:4-03-2025, 16:13
Baxış Sayı:1


14 yaşlı qız hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib. Ondan hədə-qorxu ilə pul tələb edilib. Bu proses 2 il davam edib.

Bu detallar 26 yaşlı Rasimin (ad şərtidir) cinayət işi materiallarında yer alır.

Onun hotelə apardığı, münasibətdə olduğu qızın 14 yaşı olub. Onlar münasibətdə olan zaman Rasim bunu telefonu ilə lentə alıb. Sonra isə əlində olan görüntülərlə onu şantaj edərək pul almağa başlayıb.

Rasim həmin görüntüləri tanışlarından birinə də göndərib. Bir müddət sonra işin üstü açılıb və Rasim məsuliyyətə cəlb edilib. Buna qədər isə Rasim həmin qızdan bir neçə dəfə pul alıbmış.

Bu əməli törətməkdə təqsirləndirilən Rasim 6 il azadlıqdan məhrum edilib.

Rasimin 14 yaşına çatmayan qızla görüşü Nərimanov rayonu ərazisində yerləşən “Askar” hoteldə baş tutub. Onlar günü 20-40 manat arası dəyişən bu hoteldə iki dəfə görüşüblər. İlk görüş 2023-cü ilin əvvəlində olub. Bundan sonra isə Rasim iki ilə yaxın azyaşlını şantaj edib.

Maraqlıdır ki, “Askar” 14 yaşı olan qızı hotelə necə buraxıb?

Hotelin instaqram səhifəsində “Gözəli də götürün, bu möhtəşəm hotelə gəlin” başlığı ilə video paylaşılıb. Əlavə qeyd kimi də yazılıb ki, nikah şəhadətnaməsi tələb olunmur.

Bəs, nikah şəhadətnaməsi tələb olunmursa, şəxsiyyət vəsiqəsi də tələb olunmur?

Bu sualları “Askar” hotelə də ünvanladıq. Hotelin qeydiyyat şöbəsində çalışan xanım əməkdaşı dedi ki, 2024-cü ildən rəhbərlik dəyişdiyindən qeyd edilən hadisədə onların günahı yoxdur. Xanım əməkdaş əlavə etdi ki, hazırda hotelə gələn müştərilər şəxsiyyət vəsiqəsi ilə qeydiyyata alınır və 16 yaşı tamam olmayan xanımların girişi qadağandır.(Musavat.com )




"Mübariz milyarder, zəngin adam ola bilər, amma insani keyfiyyəti heç vaxt müsbət ola bilməz."
"Mübariz milyarder, zəngin adam ola bilər, amma insani keyfiyyəti heç vaxt müsbət ola bilməz."
Kür və Araz çaylarında milyonlar hara axır? –
Kür və Araz çaylarında milyonlar hara axır? –
Ramana-Maştağa yolunu "yedilər" - Zaur Mikayılov 8 milyonu hara xərclədi? VİDEO+FOTOLAR
Ramana-Maştağa yolunu "yedilər" - Zaur Mikayılov 8 milyonu hara xərclədi? VİDEO+FOTOLAR
“Bazarstore” satılan bu makaronlarda təhlükəli maddə aşkarlanıb?
“Bazarstore” satılan bu makaronlarda təhlükəli maddə aşkarlanıb?
Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq iddiaları
Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq iddiaları
Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO