kanal1

“Pambıq baronu” ahıl yaşlı təqaüdçünün yazdığı memuarların işıq üzü görməsinə niyə mane olur? - PREZİDENTƏ MÜRACİƏT

Tarix:4-03-2025, 12:36
Baxış Sayı:0


Xatirə, yaxud, memuar - oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə həcmcə oçerkdən xeyli böyük də ola bilər. C. MəmmədquIuzadənin "Xatiratım", A. Şaiqin "Keçmiş günlər", Ö. F. Nemanzadənin "Xatirələrim", S. Rüstəmin "Unudulmaz müəllim", M. Hüseynin "Bir ay, bir gün", Anarın "Sizsiz" əsərləri xatirə nümunələridir.
Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər.
Lakin memuar yazanlar bir çox hallarda dəqiqləşdirmələr, araşdırmalar apararkən maraqlı şəxslər tərəfindən süni maneələrə, bürokratik əngəllərə də rast gəlirlər.
Bakı şəhəri, Binəqədi rayonu, H. Seyidzadə küçəsi, ev 38, mənzil 226 ünvanında yaşayan Əliyev Cavad Mirzə oğlu GundemXeber.Az-ın redaksiyasına ərizə ilə müraciət edərək, nüfuzlu iş adamı tərəfindən təzyiqə məruz qaldığını bildirmişdir.
Ahıl yaşlı C. Əliyev yazır ki, vaxtilə uzun illər rəhbər vəzifələrdə işləyib, hazırda təqaüdçüdür, memuarlar yazmaqla məşğuldur. Ulu Öndər Heydər Əliyev haqqında və Qafqaz Müsəlmanları İdarəsi barədə topladığı bilgilər, ötən əsrin keşməkeşli son illərində şahidi və iştirakçısı olduğu hadisələr əsasında kitablar hazırlayıb ictimaiyyətə çatdırmaq arzusundadır. Lakin onun bu istəyinin reallaşmasına Leysanov Bahəddin adlı şəxs maneçilik törədir.
C.Əliyev ərizəsində xatırladır ki, Bahəddin Leysanov vaxtilə qondarma Talış – Muğan Respublikasının rəhbəri kimi separatçı hərəkata başçılıq edən Ələkrəm Hümbətovun müavini işləyib və dövlətə, dövlətçiliyə qarşı çıxıb. Lakin B. Leysanov hansısa üsullarla məsuliyyətdən yayına bilib, bu azmış kimi iki oğlu da hazırda yüksək vəzifələrdə qərarlaşıblar.
Müraciət müəllifi redaksiyadan xahiş edir ki, qeyd etdikləri mediada işıqlandırılaraq ölkə başçısı İlham Əliyevin, hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılsın, onun B. Leysanovun təzyiqlərindən, şər-böhtanından qorunması təmin olunsun.
Qeyd edək ki, Leysanovlar barəsində internetdə əlçatan informasiya resurslarında xeyli mənfi məlumatlar yer alıb, adları qalmaqallarda hallanıb. Belə ki, Bahəddin Leysanov özü Cənub zonasının “pambıq baronu”, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsində işləyən oğlu Afiyyədin Leysanov isə daha çox “nömrə biznesinin kralı” kimi ad çıxarıblar.
Maraqlıdır, görəsən ahıl yaşlı təqaüdçünün memuarlarında B. Leysanovun maraqlarına toxunacaq nə ola bilər ki, onların işıq üzü görməsinə maneçilik törədir?

gundemxeber.az

Ramana-Maştağa yolunu "yedilər" - Zaur Mikayılov 8 milyonu hara xərclədi? VİDEO+FOTOLAR
Ramana-Maştağa yolunu "yedilər" - Zaur Mikayılov 8 milyonu hara xərclədi? VİDEO+FOTOLAR
“Bazarstore” satılan bu makaronlarda təhlükəli maddə aşkarlanıb?
“Bazarstore” satılan bu makaronlarda təhlükəli maddə aşkarlanıb?
Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq iddiaları
Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq iddiaları
Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...